İcra başçısı daha bir vətəndaşın müraciətinə yerində baxıb
Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil
Azərbaycanda vətəndaş amili hər zaman ön planda dayanır. Həyata keçirilən bütün
işlərdə vətəndaş mövqeyi üstün tutulur. Atılan uğurlu addımlar sübut edir ki,
dövlət həmişə öz vətəndaşının yanındadır. Cənab Prezident İlham Əliyevin çıxışları
zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim
təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri,
vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri,
düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də
bunun bariz nümunəsidir. Bu, eyni zamanda hər bir dövlət məmurunun üzərinə
böyük məsuliyyət hissi qoyur.
Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq
və tövsiyələr son 3 ildir ki, Qazaxda da olduğu kimi icra olunur.
Vətəndaş-məmur münasibəti demək olar ki, rayon rəhbərinin iş fəaliyyətinin
əsasını təşkil edir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibəti,
vətəndaşlara göstərdiyi diqqət və qayğısı, istər şəhər, istərsə də kəndlərdə
sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması,
vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış
keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq
verilməsi də əyani şəkildə sübut edir. Vətəndaşlara olan diqqət və qayğını hər
an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə,
yazılan məktuba həssaslıqla yanaşılacağını yaxşı bilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu
gün ümumi qəbul zamanı müraciət etmiş şəhərin Bakı
küçəsi 342 ünvanında yaşayan daha bir vətəndaşın istəyinə əsasən
evində olub və yerində baxış keçirib.
Qaz sızması nəticəsində evinə ziyan dəymiş Babayev
Mehman Fərman oğlunun yanında olan, diqqət və qayğısını əsirgəməyən rayon
rəhbəri köməklik olunacağını bildirib və bununla bağlı aidiyyatı üzrə tapşırıq
verib.
Mehman Babayev onun ailəsinə göstərilən yüksək dövlət
qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Bu gün onun istəyini nəzərə alıb görüşə gəldiyinə və köməklik göstərilməsinə görə
rayon rəhbərinə bir daha təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş