İcra başçısı Xanlıqlar kəndində kənddaxili yolun asfaltlanması ilə bağlı görülən işlərlə tanış olub
Bu gün tam əminliklə deyə bilərik ki,
müstəqil Azərbaycanda Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün
sahələrlə yanaşı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də
məqsədyönlü tədbirlər həyata keçirilir. Bunu son illər ölkəmizdə aparılan
genişmiqyaslı abadlıq və quruculuq işlərinin arasında yeni yolların çəkilişi
ilə bağlı imzalanan çoxsaylı Sərəncamlardan, həyata keçirilən layihələrdən də
aydın şəkildə görmək olur. Sevindirici
hal isə odur ki, dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların
yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə
bağlı imzaladığı həmin Sərəncamlar Qazaxda da uğurla icra olunur. Təkcə son illər
rayonun Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt
yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Qazaxda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və
kəndlərdə küçədaxili, kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də
vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Ötən
yazımızda rayonun ən qədim
kəndlərindən olan Xanlıqlar kəndində sakinlərin istəyini nəzərə alaraq ikinci
dayanacaqdan üçüncü dayanacağa kimi 2 km-ə yaxın uzunluğu olan kənddaxili yolun
asfaltlanması barədə də məlumat vermişdik. Artıq bir neçə gündür ki, start
götürən kənddaxili yolun asfaltlanması yekunlaşmaq üzrədir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndində olub, yolun
asfaltlanması ilə bağlı görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, yeni asfalt çəkilən yol Xanlıqlar kənd tam orta məktəbin və körpələr
evi-uşaq bağçasının qarşısından keçir. Bu da həm müəllimlər, həm də valideynlər,
ümumilikdə isə kənd sakinləri
tərəfindən razılıqla qarşılanır. İstər rayonda, istərsə də kəndlərdə yol
infrastrukturunun yenidən qurulmasına görə başda ölkə başçısı İlham Əliyev
olmaqla əməyi keçən insanlara minnətdarlıqlarını bildirirlər. Sonra
rayon rəhbəri Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin istilik
sisteminin qazlaşdırılması ilə bağlı görülən işlərlə də tanış olub. İşlərin sürətləndirilməsini
bildirib və aidiyyatı üzrə tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş