• Təqvim

  • Unutma

  • Maraq



Gənclərə öz potensial imkanlarından istifadə etmələri üçün şərait yaradılır

Respublika mətbuatı Qazax haqqında


Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün əsl mənasında dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Bu insanlar könüllülük hərəkatına qoşularaq böyük amallar uğrunda öz əməklərini sərf edirlər. Məhz bunun nəticəsidir ki, ölkə rəhbəri çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarında könüllülük hərəkatının inkişaf etdirilməsinə önəm vermiş, onların vətəndaş mövqeyinin, milli təəssübkeşliyinin artırılmasında əhəmiyyətini yüksək dəyərləndirmişdir.

Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Gənclərin potensial imkanlarının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyan bu işin daha da genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirilir. Ölkə rəhbəri İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ilielan edilmişdir ki, bu da hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin qabiliyyətlərinin üzə çıxarılmasında, onlarda sosial məsuliyyət hissinin artırılmasında, ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə istifadə olunmasında böyük əhəmiyyət daşıyır. İndi gənclərimiz bu sərəncamı Azərbaycan gəncliynə göstərilən etimad, onların potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirirlər.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da2020-ci ilin "Könüllülər ilielan olunması gənclər, xüsusilə rayonda fəaliyyət göstərən könüllülər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmışdır. Rayonda fəaliyyət göstərən könüllülərlə keçirilən ümumrayon toplantısında səslənən fikirlər də bunu bir daha sübut etdi və çıxış edənlər dövlət başçısının bu addımını yüksək dəyərləndirirlər.

60 nəfərdən artıq könüllünün iştirakı ilə keçirilən toplantını giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq əvvəlcə gəncləri 2020-ci ilin "Könüllülər ili” elan edilməsi münasibətilə təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirdiklərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradılmışdır. Respublika Prezidentinin 2007-ci ili "Gənclər ili”, 2020-ci ili isə "Könüllülər ilielan etməsi həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsidir. Söz yox ki, bu sərəncamlar gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarına yeni nəfəs gətirməsi ilə yanaşı, innovativ düşüncələrin səmərəliliyinə də təkan verəcəkdir.

Toplantıda fəal gənclər, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, fəal könüllülərdən Səbinə və Səadət Nuruşovalar, Elmir Həsənov, Pəri İbrahimova, Musa Paşayev, Aytac İbrahimli, Məzahir Əliyev, Xəqan Qurbanov, Türkanə Abdulzadə və Səadət Abbasova çıxış edərək gənclərə göstərilən dövlət qayğısından danışmış və buna görə dövlət başçısına, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya qazaxlı gənclər adından minnətdarlıqlarını bildirmişlər. Onlar ölkəmizdə 2015-ci ildən başlayaraq geniş vüsət alan könüllülük fəaliyyətini və bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən işləri diqqətə çatdıraraq yüksək qiymətləndirmişlər. Hər bir gəncin arxasında Azərbaycan dövlətinin və gənclərə daim qayğı göstərən dövlət başçısının dayandığını bildirən könüllülər onu da qeyd etmişlər ki, bu qayğıya əməli işləri ilə cavab verəcəklər.

Toplantıda könüllülər bir sıra maraqlı təkliflər də irəli sürmüşlər.

Sabir ƏLİYEV,

"Azərbaycanqəzetinin bölgə müxbiri

24 yanvar 2020-ci il




Facebook-da paylaş