Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün birmənalı şəkildə söyləyə bilərik ki,
dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkəmizdə məqsədyönlü dövlət siyasəti
yürüdülür və həmin siyasətin əsasını da vətəndaş amili təşkil edir. Ölkə
rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər
zaman bütün sahələrdə ön plana çəkilir. Son 3 ildə rayon rəhbərliyi tərəfindən
sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə,
qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və
müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da məhz bu amala xidmət
edir ki, onun kökündə sakinlərin qayğıları dayanır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları
dinləyib. Şəhər sakini Babacanov Fəxrəddin Məsim oğlunun əlillik
dərəcəsinin alınması ilə bağlı məsələsinə cavab olaraq aidiyyatı üzrə müraciət
etməsi tövsiyə olunub və araşdırılması tapşırılıb. Ağköynək kənd sakini Mansurov Rizvan Camal oğlunun
torpaq məsələsi ilə bağlı müraciətinə isə yerində baxış keçiriləcəyi bildirilib. Şəhər sakinləri Hümbətova Bəsdi Saleh qızının, Əsədova
İlhamə Fərhad qızının, Birinci Şıxlı kənd sakini Mustafayev Tanrıverdi Məhəd
oğlunun, Qazaxbəyli kənd sakini Əzizova Sehran Firuddin qızının, Aşağı Əskipara
kənd sakini Nəsibov Nəsib Yusif oğlunun müxtəlif
məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş