• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Suvarma Sistemləri İdarəsinin rəisini təqaüdə çıxması münasibətilə təltif edib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Göyüşov Abbas Cahandar oğlunu təqaüdə çıxması münasibətilə təbrik edərək Fəxri Fərmanla təltif edib.

50 ildən çox dövlətə, dövlətçiliyə layiqincə xidmət göstərən A.Göyüşova səmimi təbriklərini çatdıran icra başçısı onun fəaliyyəti dövründə öz işinə hər zaman məsuliyyətlə yanaşdığını, doğma el-obası, rayonu üçün daim can yandırdığını bildirib.

Abbas Göyüşov çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ona göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Bundan sonra da rayonun ictimai, siyasi, mədəni, kütləvi tədbirlərində yaxından iştirak edəcəyini, gənc kadrların onun iş təcrübəsindən yararlanmaları üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

GOYEZEN.AZ



Facebook-da paylaş