• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Ölkə başçısının vətəndaşlara olan diqqət və qayğısı son 3 ildir ki, Qazaxda da hər zaman ön planda tutulur. Bunu rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da əyani şəkildə sübut edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları dinləyib.

Şəhər sakinləri Rəhimova Vəfa Əli qızının, İsayeva Gülnarə Firdovsi qızının, Hüseynbəyli kənd sakini Həsənova Nigar David qızının işlə bağlı müraciətlərinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax filialında və "Saloğlu” mebel fabrikində müvafiq iş yerləri təklif olunub.

Yuxarı Salahlı kənd sakinləri Şəmşiyev Saməddin Qara oğlu və bacısı, şəhid ailəsi Kazımova Bəsdi Qara qızı torpaq sahəsi ilə təmin olunmaqları barədə müraciət ediblər. Vətəndaşların istəklərinə cavab olaraq aidiyyatı üzrə müraciət etmələri bildirilib. Eyni zamanda vətəndaşların məsələsinin həlli istiqamətində köməklik olunması ilə bağlı aidiyyatı üzrə tapşırıq verilib.

Hüseynbəyli kənd sakini Qasımova Sahibə Talıb qızı isə müraciətində müəllim işləyən gəlininin iş yerinin dəyişdirilməsinə köməklik olunmasını qeyd edib. Vətəndaşa gəlininin Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi ilə bağlı keçirilən imtahanda iştirak etməsi tövsiyə olunub.

Şəhər sakinləri Mahmudova Rəna Heydər qızının, Əliyev Sənan Ayaz oğlunun, Xanlıqlar kənd sakinləri Süleymanova Raxmaya Mustafa qızının, Məhərrəmov Filip Qara oğlunun, Sadıqov Hüseyn Dursun oğlunun, Kosalar kənd sakini Rzayeva Firəngiz Həsrət qızının, Qızılhacılı kənd sakini Pənahova Güllər Əmiraslan qızının, Daş Salahlı kənd sakini Mərdanov Omar Şəmil oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq cavablandırılıb.





 

GOYEZEN.AZ



Facebook-da paylaş