• Təqvim

  • Unutma

  • Maraq



Bizdə şeir də var, sənət də vardır...

Qazaxda xalq şairi Səməd Vurğunun anadan olmasının 111 illiyi şairin adını daşıyan parkın əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə qeyd olunub


Bizdə şeir də var, sənət də vardır...
Qazax rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşəbbüsü ilə dahi şairin adını daşıyan parkda tədbir keçirilib.

Tədbirdə akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov və cəmiyyətin üzvləri, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və digər qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əsaslı şəkildə təmir olunmuş və yenidən qurulmuş parkda Səməd Vurğunun abidəsi önünə gül-çiçək dəstələri qoyaraq böyük şairin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bizdə şeir də var, sənət də vardır...
Bizdə şeir də var, sənət də vardır...
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, dərin klassik köklərə bağlı olan Azərbaycan poeziyası dünya mədəniyyətinə Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Vidadi, Seyid Əzim, Sabir və Şəhriyar kimi görkəmli sənətkarlar bəxş edib. Onların sırasında XX əsr ədəbi-bədii dilimizin saflığını, büllurluğunu qoruyub saxlayan Səməd Vurğun da vardır.
Bizdə şeir də var, sənət də vardır...
Səməd Vurğun zəngin xalq ədəbiyyatımızdan ustalıqla bəhrələnərək yeni bir sənətkarlıq məktəbi yaradıb. İlk şeirlərindən başlayaraq dilimizin gözəlliyini və qüdrətini hər şeydən üstün tutub və bu dildə möhtəşəm sənət əsərləri yaradıb. Səməd Vurğunun ədəbiyyata gəlişi çox şeyi dəyişib. Gənclər arasında ona çatmaq, onun kimi yaza bilmək uğrunda yarış başlayıb. Bu, ümumilikdə poeziyamızın inkişafına güclü təkan verib. Fitri istedadı ilə bütün ədəbi ictimaiyyətin diqqətini öz üzərinə cəmləmiş Səməd Vurğun tezliklə o zamankı Sovetlər dövlətinin hər bir yerində məşhurlaşmağa başlayıb. Müxtəlif dillərin nümayəndələri onun əsərlərini öz dillərinə tərcümə ediblər. Onunla dost olan bütün şairlər Səməd Vurğunu həmişə diqqət mərkəzində saxlayıb, yaradıcılığını çox diqqətlə izləyiblər. Yurduna, Vətəninə möhkəm vurğun olan Səməd doğma Azərbaycanı qarış-qarış gəzib, onun füsunkar təbiətindən doymayıb. Dünyalar qədər məşhur olan “Azərbaycan” şeirində bunu çox aydın görmək mümkündür. Doğrudur, Azərbaycan haqqında çoxlu sayda şeirlər yazılıb. Lakin onların sırasında Səməd Vurğunun yazdığı “Azərbaycan” şeiri əvəzsiz bir sənət nümunəsidir. Uşaqdan-böyüyə hamının heç olmasa 5 misra da olsun əzbər bildiyi bu şeir möcüzədir.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan-tərə bata-bata,
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan Göygölə bax!

Göygölü, Kəpəzi, göy yaylaqları ömründə bir dəfə də olsa görməyənlər belə, bu gözəlliyi sanki öz gözləri ilə görür, ona valeh olurlar...
Bütün yaradıcılığı boyu poeziyada Molla Pənah Vaqif ənənələrinə sadiq qalan Səməd Vurğun Azərbaycan dilinə “Vaqifin şirin dili” – deyə müraciət edib və özü də bu dili yeni obrazlar sistemi ilə zənginləşdirib.

R.Babaşov qeyd edib ki, Səməd Vurğundan bir şair kimi çox danışmaq olar. Lakin çox az adam bilir ki, Səməd Vurğun həm də elm adamı idi. 1945-ci ilin mart ayında indiki Milli Elmlər Akademiyası yaradılarkən onun təsisçiləri sırasında Mir Əsədulla Mirqasımov, Heydər Hüseynov, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay və başqaları ilə yanaşı, Səməd Vurğun da var idi. O, bir müddət Akademiyanın vitse-prezidenti də olmuşdur. Bir tərəfdən bədii yaradıcılıq, digər tərəfdən ictimai və elmi fəaliyyət böyük şairimizi xalq arasında daha da məşhurlaşdırmışdı.

O, baharda dünyaya göz açmışdı, özü də poeziyamızın baharı oldu. Aylar, illər, əsrlər ötəcək Səməd Vurğun yenə də indiki kimi seviləcək, onun sənət ardıcılları böyük ustadı xalqımızla birgə yad edəcəklər.

Onun özünün dediyi kimi:
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur
Sirrini verməyir sirdaşa dünya!
Biz gəldi-gedərik, sən yaşa dünya!

Bəli, hamı gəldi-gedərdi. Lakin ömrünü xalqına xidmətdə başa vuranlar əbədi yaşayır. Onlar üçün zaman anlayışı yoxdur. Zaman belələrini öz çiyinləri üstünə qaldırır, nəsildən-nəsilə ötürərək müasirləşdirir.

Tədbirin aparıcısı AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək dahi şairin həyat və yaradıcılığından danışıb. Onun Azərbaycan ədəbiyyatındakı xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bizdə şeir də var, sənət də vardır...
Akademik Teymur Bünyadov çıxışında Səməd Vurğun haqqında xatirələrindən söz açıb.
Bizdə şeir də var, sənət də vardır...
Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, şair Zaməddin Ziyadoğlu, professor Valeh Nəsibli Səməd Vurğun poeziyasından ətraflı danışaraq onun əsərlərinin gənc şairlər üçün bir örnək olduğunu qeyd ediblər.
Bizdə şeir də var, sənət də vardır...
Bizdə şeir də var, sənət də vardır...
Bizdə şeir də var, sənət də vardır...
Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov Səməd Vurğuna həsr olunmuş şeiri ifa edib.
Bizdə şeir də var, sənət də vardır...
Sonra AYB Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, şairlərdən Tamella Poladlı, Səhlədar Hidayətoğlu Səməd Vurğuna həsr etdikləri şeirləri oxuyublar.
Bizdə şeir də var, sənət də vardır...
Bizdə şeir də var, sənət də vardır...
Məktəblilərin ifasında böyük şairin şeirləri səslənib.
Bizdə şeir də var, sənət də vardır...
Bizdə şeir də var, sənət də vardır...
Aşıqlardan Camoy Qurbanov, Yaşar Gülümcanov, Samir Cəlaloğlu və Hacı Qazaxlı şairin şeirlərinə həsr olunmuş mahnılar ifa ediblər.

Bizdə şeir də var, sənət də vardır...
Elçin İSMAYIL


Facebook-da paylaş