Qazaxda daha bir şəhid ailəsinin müraciəti öz müsbət həllini tapıb
Bu gün birmənalı şəkildə
qeyd edə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı vətəndaş amili də daim
diqqət mərkəzində saxlanılır. Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşlara
olan sonsuz diqqət və qayğısı Qazaxda da olduğu kimi öz əksini tapır. Bunun
bariz nümunəsi də son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi
münasibət, göstərilən qayğı, ən əsası da istər şəhərdə, istərsə də kəndlərdə
sakinlərlə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə cavab
verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsidir.
Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli
mümkün olan nə varsa edilməsi bir daha sübut edir ki, Rayon İcra Hakimiyyətinə
ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılır. Məktubda qeyd
olunan hər bir istəyə xüsusi həssaslıqla yanaşılır. Ötən yazımızda Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ümumi qəbul zamanı müraciət
etmiş şəhid ailəsi, şəhərin Ə.Şıxlinski küçəsi 5 ünvanında yaşayan Hacıyeva Nəzakət Səməd
qızının istəyinə əsasən
evində olması, qaldırdığı məsələyə yerində baxış keçirməsi barədə məlumat
vermişdik. Şəhid anasının evinin
təmiri ilə bağlı müraciətinə əsasən yerində baxış keçirən rayon rəhbərinin elə
o zaman köməklik olunacağını bildirməsi, təmirlə bağlı yerindəcə tapşırıq
verməsi rayonda vətəndaşa göstərilən qayğının daha bir bariz nümunəsidir.
Bu gün icra başçısı Rəcəb
Babaşov yenidən həmin ünvanda olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, evin dam örtüyü tamamilə yenilənib, otaqlarda döşəmə dəyişdirilib,
köhnə qapılar yenisi ilə əvəz olunub, pəncərələrin şüşələri yenilənib, həyətə
çınqıl döşənib, giriş hissəyə, evin qarşısına beton tökülüb və digər
təmir-bərpa işləri aparılıb. Görülən işləri, eləcə də
göstərilən diqqət və qayğını razılıq hissi ilə qeyd edən şəhid anası qaldırdığı
məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Ölkə başçısının şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısının
son 3 ildə Qazaxda da öz real əksini tapdığını qeyd edən N.Hacıyeva hər zaman
dövlətinə arxalandığını vurğulayıb. Şəhid ailəsi olaraq hər zaman qayğı ilə
əhatə olunduğunu söyləyən şəhid anası bunun əyani sübutu kimi evinin təmir
olunmasını göstərib. Şəhid anası ilə səmimi
söhbət edən rayon rəhbəri şəhid ailələrinə olan qayğının bundan sonra da yüksək
səviyyədə olacağını qeyd edib. GOYEZEN.AZ
Facebook-da paylaş