• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı qələbə qazanan idmançılarla görüşüb


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 5-6 dekabr tarixlərində Bakı şəhərində sərbəst güləş üzrə keçirilən Azərbaycan Çempionatının və 7-14 dekabr tarixlərində İsrail dövlətinin Eylat şəhərində 15 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə keçirilən Avropa Birinciliyinin qalibləri ilə görüşüb.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Rayon Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, idman ustaları, gənclər, qalib adını alan idmançılar, valideynlər, KİV nümayəndələri iştirak ediblər.

İcra başçısı idmançıları 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları və qazandıqları uğur münasibətilə təbrik edərək onlara daim qələbə qazanmağı arzulayıb. Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə rayonumuzda da diqqətəlayiq işlər görüldüyünü qeyd edib. Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki. Qazaxda bütün sahələr, təhsil, səhiyyə, mədəniyyət, o cümlədən də idman sahəsi gündən-günə inkişaf edir. Bu gün bütün dünyada sazın, sözün beşiyi sayılan Qazax eyni zamanda idman sahəsində qazandığı uğurlarla, idmançılarının qələbələri ilə dünyaya səs salır. Bütün dünyada güləş məktəbinin beşiyi kimi tanınır.

Ölkə Prezidenti İlham Əliyevin Qazaxda idmana və idmançılara hər zaman diqqət göstərdiyini qeyd edən icra başçısı bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2007-ci ildə may ayının 30-da istifadəyə verilmiş Qazax Olimpiya İdman Kompleksi Qazax idmanının inkişafına xüsusi təkan verərək yeni gənc idmançıların yetişməsinə səbəb olmuşdur. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı göstərmək isə hər birimizin borcudur.


 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək öz növbəsində idmançılara təbriklərini çatdırıb. İstər dövlət başçısının, istərsə də rayon rəhbərliyinin ölkəmizdə idmanın inkişafı istiqamətində göstərdiyi diqqət və qayğını hər bir idmançının minnətdarlıq hissi ilə qarşıladığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən Qazaxda idmanın inkişafına göstərdiyi qayğıya görə qazaxlı idmançılar adından minnətdarlığını çatdırıb. Bugünkü görüşü də həmin qayğının bariz nümunəsi kimi qeyd edib. Sonra hər iki yarış barədə rayon rəhbərliyinə məlumat verərək 5-6 dekabr tarixlərində Bakı şəhərində sərbəst güləş üzrə keçirilən Azərbaycan Çempionatında rayon idmançılarının 3 qızıl, 3 gümüş və 2 bürünc medal qazandıqlarını bildirib. 7-14 dekabr tarixlərində İsrail dövlətinin Eylat şəhərində 15 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə keçirilən Avropa Birinciliyində iştirak edən idmançımızdan 1 nəfərin II yerə, 2 nəfərin isə VI yerə layiq görüldüklərini qeyd edib. 

Prezidentin fərdi təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Kamal Əhmdəov, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev,Əməkdar müəllim Bəsdi Ələkbərova, yunan-roma güləşi üzrə Əməkdar məşqçi Tariyel Nəsibov, Məşqçilərdən Rayət Abdalov çıxış edərək üçrəngli Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran və Qazaxın adını layiqincə təmsil edən idmançıları bu nailiyyət münasibətilə təbrik ediblər. İdmançıların qazandıqları uğuru dövlət və ölkə başçısı, rayon rəhbərliyi tərəfindən idman sahəsinə olan qayğıya ən böyük töhfə kimi qiymətləndiriblər. Qeyd ediblər ki, istər ölkəmizdə, istərsə də Qazaxda qazanılan medalların sayının ildən-ilə artması bir daha sübut edir ki, idman sahəsinə olan dövlət qayğısı öz bəhrəsini verir. Ən əsası da Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır və bunu keçirilən hər bir yarışda əldə etdiyi uğurlarla də sübut edir. 

Fəal gənc Akif Əmirov çıxış edərək ölkəmizdə Ulu Öndər Heydər Əliyevin gənclərə olan qayğısının və idman siyasətinin bu gün ölkə başçısı tərəfindən layiqincə yerinə yetirilməsinə görə gənclər adından təşəkkürünü bildirib. Ölkəmizdə, eləcə də Qazaxda gənclərin hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd edib. Son 3 ildə rayonda icra başçısı tərəfindən gənclərə olan dəstəyi, onlara olan səmimi münasibəti həmin uğurlu siyasətin bariz nümunəsi kimi göstərib.

Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkli çəkdirilib.

Məlumat üçün qeyd edək ki, 5-6 dekabr 2019-cu il tarixlərdə Bakı şəhərində sərbəst güləş üzrə keçirilən Azərbaycan Çempionatında Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbində məşqçi Rəhim Namazovun yetirməsi Xaşalov Əfqan Kamil oğlu 57 kq-da, Rayon Təhsil şöbəsinin nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbində məşqçi Ramiz Tağıyevin yetirməsi Vəlizadə İntiqam Adil oğlu 61 kq-da, "Göyəzən” MMC-də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudovun yetirməsi Əlizadə Sənan Ayaz oğlu 97 kq-da I yerə layiq görülüblər. Məşqçi Kərəm Axundovun (Abşeron) yetirməsi İbrahimov Pərviz Aslan oğlu 57 kq-da, yenə də "Göyəzən” MMC-də F.Umudovun yetirmələri Yusubov İbrahim İsa oğlu 86 kq-da, Əliyev Kənan Ayaz oğlu isə 92 kq-da II yeri tutublar. "Göyəzən” MMC-də məşqçi Cəlal Allahverdiyevin yetirməsi Məmmədəliyev Əsgər Rövşən oğlu 65 kq-da, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-də məşqçi Fazil İsmayılovun yetirməsi Aşırov Əşrəf Nail oğlu 74 kq-da III yerə layiq görülərək bürünc medala sahib olublar.

7-14 dekabr tarixlərində İsrail dövlətinin Eylat şəhərində 15 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə keçirilən Avropa Birinciliyi də Qazax idmançıları üçün yaddaqalan olub. Belə ki, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-də məşqçi Rayət Abdalovun yetirmələrindən M.Hüseyn adına məktəb-liseyin X sinif şagirdi Məmmədzadə Nurlan Zülfüqar oğlu 73 kq çəki dərəcəsində II yerə çıxaraq Birinciliyin gümüş medalını qazanıb. F.Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İsmayılov Qasım Əbülfət oğlu və S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Əliyeva Aişə Ələddin qızı 55 kq-da Birinciliyin altıncısı olublar. 















 

GOYEZEN.AZ



Facebook-da paylaş