Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə
Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını
təşkil edən vətəndaş amili Qazaxda da ön planda tutulur. Bunu rayon rəhbərliyi
tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən
fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların
ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da əyani şəkildə
sübut edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib, onları narahat edən məsələlərlə, qayğılarla
maraqlanıb. Ağköynək kənd sakini Bayramova Vəsilə Əlövsət qızının və
Daş Salahlı kənd sakini Qarayev Bəhruz Cəfər oğlunun işlə təmin olunmaları barədə
müraciətlərinə cavab olaraq istəklərinə uyğun iş yeri yaranan zaman baxılacağı
bildirilib. Şəhər sakinləri Qaragözov Seymur Şərif oğlunun, Rzayeva
Ülviyyə Həzi qızının, Ağköynək kənd sakini Salahov Taleh Siyavuş oğlunun, Xanlıqlar
kənd sakinləri İsmayılova Həbibə Nərman qızının, Məmmədov Nicat Nizami oğlunun,
Həsənov Elnur Həsən oğlunun, Fərəhli kənd sakini Məmmədov Mahmud Zaman oğlunun,
Kəmərli kənd sakini Dursunov Adıgözəl Məmməd oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş