Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü
məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər
zaman ön planda tutulur. Bunu rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən
səyyar görüşlərdən, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə
operativ şəkildə baxılmasından, vətəndaşların ərizə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul olunmalarından aydın şəkildə görmək olar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib, onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.
Çaylı kənd sakini Mahmudova Zeynəb Kərim qızının
mənzillə təmin olunması barədə müraciətinə cavab olaraq boş yer yaranan zaman
baxılacağı bildirilib.
Çaylı kənd sakini Nuruyeva Aynur Alik qızının torpaq
məsələsi ilə bağlı müraciətinə isə yerində baxış keçiriləcəyi qeyd olunub.
Yuxarı Əskipara kənd sakini, II qrup Qarabağ
müharibəsi əlili Həsənov Hafiz Zinhar oğlunun əlillərə verilən avtomobillə
təmin olunması ilə bağlı məsələsinə cavab
olaraq sənədlərini toplayaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub və
vətəndaşa köməklik olunacağı bildirilib.
Şəhər sakinləri Axundova Süzənbər Həsən qızının, Qasımov
Vaqif İsrafil oğlunun, Süleymanova Aytən Afiq qızının, Canalı kənd sakini
Süleymanova Fəridə Nəsrəddin qızının, Qazaxbəyli kənd sakini Xalsayeva Fidan Vələd
qızının, Xeyrımlı kənd sakini İsmayılova Kifayət Misir qızının, Cəfərli kənd
sakini Aşırov İlham Mərdan oğlunun müxtəlif
məzmunlu müraciətləri də müvafiq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş