• Təqvim

  • Unutma

  • Maraq



Şair Barat Vüsalın doğum günü qeyd olunub

Şair Barat Vüsalın doğum günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətində Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsalın doğum günü ilə əlaqədar tədbir keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Barat Vüsalı anadan olmasının 66 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, ona cansağlığı və gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Qazax rayonu Azərbaycan ədəbiyyatına öz adını həmişə şairləri, yazıçıları, saz-söz adamları ilə qızıl hərflərlə yazdırıb. Qazax torpağı ədəbiyyatımıza Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mehdi Hüseyn və eləcə də digər dahi şəxsiyyətlər bəxş edib. Bu gün isə onların yolunu davam etdirən, onların tutduğu yolla gedən şairlərimizdən biri də əməkdar incəsənət xadimi Barat Vüsaldır. O, ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən şairlərimizdəndir.

Sonra icra başçısı Rəcəb Babaşov əməkdar incəsənət xadimi Barat Vüsala Fəxri Fərman və hədiyyə təqdim edib.
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, AYB Qazax zona filialının ədəbi-məsləhətçisi Mustafa Rasimoğlu, şairlərdən AYB-nin üzvləri Tamella Poladlı, Bilal Qoca, Sərvinaz Həsənli, Cavanşir Rüstəm, ağsaqqallardan Sabir Məhərrəmov, Kamal Əhmədov, Böyük Vətən Müharibəsi veteranı Xanqulu Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Qazax rayon şöbəsinin sədri Vidadi Müftizadə, rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov, suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov və başqaları çıxış edərək yubliyarı səmimi qəlbdən təbrik edib, ona ədəbiyyatımızın inkişafı naminə olan gələcək işlərində uğurlar arzu ediblər.
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Sonda şair Barat Vüsal çıxış edərək ona göstərdiyi diqqət və qayğıya görə, bütövlükdə Qazax yazarlarına, saz-söz adamlarına verdiyi dəyərə görə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, fəaliyyətə başladığınız ilk gündən biz söz adamlarına verdiyiniz dəyər, bizə olan isti münasibət bütün Azərbaycan ədəbiyyatına verilən ən gözəl qiymətdir.

Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Şair Barat Vüsalın doğum günü qeyd olunub
Nüşabə HÜSEYNOVA


Facebook-da paylaş