• Təqvim

  • Unutma

  • Maraq



Şəhid ailələri hər zaman diqqət mərkəzində olmalıdır


Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşının firavan yaşam tərzi, ən əsası da onlara olan diqqət və qayğı dayanır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə vətəndaş amilinin hər zaman ön plana çəkilməsi də dövlətin vətəndaşına olan diqqət və qayğısı deməkdir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə də bu sahənin hər zaman ön planda olması, sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar bunu söyləməyə əsas verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə də xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun bariz nümunəsidir.

İcra başçısı Rəcəb Babaşov bu gün Milli Qəhrəman Şamoy Çobanovun atası Çobanov Məhyəddin İsə oğlunu qəbul edib, arzu və istəklərini dinləyib. Şəhid atasının torpaq məsələsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri məsələnin araşdırılaraq baxılacağını bildirib və aidiyyatı üzrə tapşırıq verib.

GOYEZEN.AZ



Facebook-da paylaş