• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Sakinləri dinləyərək onları narahat edən məsələləri öyrənib, qayğıları ilə maraqlanıb.

Kəmərli kənd sakini Tomarov Cavanşir Yusif oğlu obyektinin sənədləşməsi və elektrik sayğacı ilə təmin olunması barədə müraciət edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri rəsmi qaydada müraciət etməsini və qeyd olunan məsələnin araşdırılacağını bildirib.

Şəhər sakini Hümbətova Bəsti Saleh qızının və Çaylı kənd sakini Məsmalıyeva Sürayə Müsrəddin qızının müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş