• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün bir qrup rayon sakini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları dinləyərək onları narahat edən məsələləri öyrənib, qayğıları ilə maraqlanıb.

Canalı kənd sakini Zeynalov Vüsal Ramis oğlu işlə təmin olunması barədə müraciət edib. Vətəndaşa Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşməsi və istəyinə uyğun iş yeri yaranan zaman baxılacağı bildirilib.

Şəhər sakini Rüstəmov Ceyhun Nadir oğlunun, Yuxarı Salahlı kənd sakinləri Kəlayeva Möhtərəm Möhvəddin qızının və Mustafayeva Çimnaz Köçər qızının müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.


 

GOYEZEN.AZ

 



Facebook-da paylaş