Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi
şəkildə qəbul edərək onları narahat edən bir sıra məsələləri dinləyib,
qayğıları ilə maraqlanıb. Xanlıqlar kənd sakini Məmmədova Türkan Azər
qızının işlə təmin olunması barədə müraciətinə cavab olaraq Dövlət qulluğuna imtahanda iştirak etməsi
tövsiyə olunub. Daş Salahlı kənd sakini Əsgərova Bafaya Nəzir
qızı isə gəlininin işlə təmin edilməsi barədə müraciət edib. Vətəndaşa onun
istəyinə uyğun boş iş yeri yaranan zaman baxılacağı bildirilib. Şəhər sakini, II qrup Qarabağ müharibəsi
əlili Mustafayev Vahid Mahal oğlunun, Qarapapaq kənd sakini Abdullayeva Validə
Altay qızının, Yuxarı Salahlı kənd sakinləri Abdullayev Məhəd Həmid
oğlunun, Mustafayeva Çimnaz Köçər qızının, Bağanıs Ayrım kənd sakini Poladova
Dilqəm Mahmud qızının, Ağköynək kənd sakini İsmayılova Zibarə Mustafa qızının müxtəlif səpkili
müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş