• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı çoxmənzilli yaşayış binalarında görülən işlərin hazırki vəziyyəti ilə maraqlanıb

Ş.Xiyabanı 25 saylı bina


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda görülən işlərin hazırki vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə bildirilib ki, Ş.Xiyabanı 25 saylı binanın xarici fasadında görülən suvaq və bloklarda aparılan astar-üzlük vurulması işi tam başa çatıb. Hazırda bloklarda rənglənmə və köhnə pəncərələrin yeni plastik pəncərələrlə əvəzlənməsi işləri aparılır.

Ş.Xiyabanı 27 saylı binanın bloklarında da astar-üzlük vurulması işi yekunlaşmaq üzrədir. Binanın xarici fasadında da bir hissədə rənglənmə işləri aparılıb. Digər hissədə isə lazım olan yerlərdə suvaq işləri davam edir. Binanın bloklarında giriş hissədə olan günlüklərin dəyişdirilməsi işlərinə başlanılıb. Eyni zamanda hər iki binada bloklara giriş qapıları qoyulub.  

Təmir işləri ilə yaxından tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını vurğulayıb. Eyni zamanda əlavə görüləcək işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.

Məlumat üçün qeyd edək ki, son 3 ildə Qazaxda vətəndaşlara olan diqqət və qayğı sayəsində əhalinin mənzil-məişət şəraiti xeyli dərəcədə yaxşılaşdırılıb. Bu istiqamətdə həyata keçirilən işlərin nəticəsidir ki, rayonda Mənzil İstismar İdarəsinin balansında olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb.

Ş.Xiyabanı 25 saylı bina







Ş.Xiyabanı 27 saylı bina








GOYEZEN.AZ



Facebook-da paylaş