Qazax Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
Bu gün Qazax Müalicə Diaqnostika Mərkəzinin
fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Rayon İcra Hakimiyyətində icra
aparatının məsul şəxslərinin və Mərkəzin kollektivinin iştirakı ilə keçirilən müşavirədə
ölkə Prezidentinin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla
olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, xüsusilə də
ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olması, bu
sahədə məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və
tövsiyələr bir daha diqqətə çatdırılıb. Ölkə rəhbərinin bütün sahələrə olduğu
kimi, səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət
qayğısının, səhiyyə sahəsində şəffaflığın təmin olunması istiqamətində verdiyi
tapşırıq və tövsiyələrin Qazaxda da olduğu kimi öz əksini tapması qeyd olunub. Müşavirəni giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov keçirilən tədbirin məqsəd və əhəmiyyətini bildirərək
qarşıda duran vəzifələrin geniş şəkildə müzakirə olunacağını qeyd edib. Dövlət başçısının istər vətəndaşlara
olan diqqət və qayğısını, istərsə də ölkəmizdə şəffaflığın təmin olunması ilə
bağlı verdiyi tapşırıq və tövsiyələri iş fəaliyyətinin əsası kimi qeyd edən
icra başçısı ilk gündən bu amili diqqət mərkəzində saxladığını vurğulayıb. "Ölkə başçısının rüşvətxorluğa və korrupsiyaya qarşı
barışmaz mövqedə olması hər bir dövlət məmuru üçün örnəkdir”, - deyən rayon
rəhbəri Qazaxda bu sahənin də daim nəzarətdə saxlanıldığını, qarşısının
alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz işlərin bundan sonra da
olduğu kimi yerinə yetiriləcəyini bildirib. İcra başçısı rayonda ən böyük sahələrdən birinin məhz
səhiyyə sahəsi olduğunu, digər sahələr kimi bu sahənin də daim diqqət
mərkəzində saxlanıldığını, istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən
hər cür dəstək və qayğı ilə əhatə olunduğunu söyləyib. Rayon rəhbəri vətəndaşların müraciətlərinə obyektiv,
qərəzsiz, ədalətli və vətəndaşların müraciətləri haqqında qanunun tələblərindən
irəli gələn müddətdə baxılmasının təmin edilməsinin, qaldırdıqları məsələlərin
həlli ilə əlaqədar operativ tədbirin görülməsinin hər bir idarə, müəssisə və
təşkilat rəhbərinin, eləcə də həmin müəssisələrdə çalışan işçilərin üzərinə
düşən əsas vəzifə olduğunu qeyd edib. Vətəndaşlara göstərilən xidmətlərin
keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin olunması kimi amillərin
hər bir işçinin iş fəaliyyətinin əsasını təşkil etməsini vurğulayıb. İcra başçısı səhiyyə sahəsində olan şəffaflığın,
vətəndaşlara göstərilən xidmətlərin bütün səhiyyə müəssisələrində olduğu kimi
Qazax Müalicə Diaqnostika Mərkəzində də bundan sonra da yüksək səviyyədə olması
üçün verilən tapşırıqlara birmənalı şəkildə əməl olunmasını bildirib. Rayon
rəhbəri ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında dayanan vətəndaş
amilinin bütün sahələrlə yanaşı səhiyyə sahəsində də ön planda tutulmasını,
vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə, onlara olan münasibətə,
göstərilən diqqət və qayğıya hər zaman həssaslıqla yanaşılmasını söyləyib. Bugünkü müşavirənin də məhz bu məqsədi, amalı özündə
əks etdirdiyini qeyd edən icra başçısı kökündə vətəndaş məmnunluğu dayanan hər
bir işin, göstərilən xidmətin öhdəsindən layiqincə gəlmək üçün hər bir işçinin
bundan sonra da böyük səylə çalışmasını tövsiyə edib. Görülən işlərin, atılan
addımların birbaşa rayonun adı ilə bağlı olduğunu vurğulayan icra başçısı hər
bir idarə, müəssisə, təşkilat rəhbərinin, xüsusilə də səhiyyə sahəsində çalışan
insanların bu məsələnin mahiyyətini dərk etmələrini, rayonda atılan hər bir
addımın ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə olması
üçün öz işlərində daha da məsuliyyətlə çalışmalarını bildirib. Bununla
bağlı bir daha tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş