Qazaxda səhiyyə müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
Bu gün Qazax Rayon İcra
Hakimiyyətində səhiyyə müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə
keçirilib. Müşavirədə bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinə, bu sahədə çalışan
insanlara göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyevin
səhiyyə sahəsində şəffaflığın təmin olunması istiqamətində verdiyi tapşırıq və
tövsiyələrdən, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən söhbət
açılıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq keçirilən
tədbirin məqsəd və əhəmiyyətini bildirib.Respublika Prezidentinin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərək
onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirləri,
xüsusilə də ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə
olmasını, bu sahədə məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi
tapşırıq və tövsiyələri bir daha diqqətə çatdıran rayon rəhbəri səslənən bu
amilin Qazaxda da daim diqqət mərkəzində olduğunu bildirib.
Rayon rəhbəri dövlət
başçısının istər vətəndaşlara olan diqqət və qayğısının, istərsə də şəffaflığın
təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin Qazaxda da birmənalı
şəkildə yerinə yetirildiyini qeyd edib. İcra başçısı rayonda iki böyük sahədən
birinin təhsildən sonra məhz səhiyyə sahəsi olduğunu bildirib. Digər sahələr
kimi səhiyyə sahəsinin də daim diqqət mərkəzində saxlanıldığını, istər dövlət,
istərsə də rayon rəhbərliyi tərəfindən hər cür dəstək və qayğı ilə əhatə
olunduğunu vurğulayıb. Dövlətin, ölkə başçısının Qazax rayon səhiyyəsinə, bu
sahədə çalışan işçilərə olan qayğısının bariz nümunəsi kimi 10 korpusdan ibarət
145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisini göstərib. Bütün
səhiyyə işçiləri, eləcə də qazaxlılar adından ölkə başçısına minnətdarlığını
çatdıran icra başçısı bu sahədə çalışan insanların hər zaman onlara olan
etimadı layiqincə doğrultmalarını, öz işlərində bundan sonra da daha böyük məsuliyyətlə
çalışmalarını qeyd edib. İcra başçısı bütün sahələrdə olduğu kimi, səhiyyə
sahəsində olan şəffaflığın, vətəndaşlara göstərilən xidmətlərin bundan sonra da
yüksək səviyyədə olması üçün verilən tapşırıqlara birmənalı şəkildə əməl
olunmasını bildirib. Rayon rəhbəri ölkə başçısının yürütdüyü dövlət siyasətinin
əsasında dayanan vətəndaş amilinin bütün sahələrlə yanaşı səhiyyə sahəsində də
ön planda tutulmasını, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə, onlara
olan münasibətə, göstərilən diqqət və qayğıya hər zaman həssaslıqla
yanaşılmasını söyləyib.
Bugünkü müşavirənin də məhz
bu məqsədə, amala xidmət etdiyini qeyd edən icra başçısı kökündə vətəndaş
məmnunluğu dayanan hər bir işin, göstərilən xidmətin öhdəsindən layiqincə
gəlmək üçün hər bir işçinin bundan sonra da böyük səylə çalışmasını tövsiyə
edib. Sonda icra başçısı görülən
işlərin, atılan addımların birbaşa rayonun adı ilə bağlı olduğunu bir daha
vurğulayıb. Hər bir idarə, müəssisə, təşkilat rəhbərinin, xüsusilə də səhiyyə
sahəsində çalışan insanların bu məsələnin mahiyyətini dərk etmələrini, rayonda
atılan hər bir addımın ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun
şəkildə olması üçün öz işlərində daha da
məsuliyyətlə çalışmalarını vurğulayıb. Bununla bağlı bir daha tapşırıq və
tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş