• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı rayonda fəaliyyət göstərən bir sıra müəssisə rəhbərlərinə bəzi tapşırıqlar verib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Ədəbiyyat Muzeyinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib.

Rayon İcra Hakimiyyətində icra aparatının məsul şəxslərinin, aidiyyəti idarə, müəssisə, muzey və mərkəz rəhbərlərinin iştirakı ilə keçirilən iclasda qeyd olunan təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. Ölkə başçısının idarə, müəssisə, təşkilatlarla bağlı verdiyi tapşırıq və tövsiyələri özündə əks etdirən bir iclas olduğunu bildirib. İcra başçısı bu gün rayon rəhbərliyi tərəfindən Qazaxda fəaliyyət göstərən istənilən idarə, müəssisə və təşkilat üçün geniş imkanlar açıldığını, onların fəaliyyətlərini genişləndirmələri üçün hər cür dəstək olunduğunu qeyd edib.

Rayon rəhbəri bildirib ki, Qazax rayonu Azərbaycan ədəbiyyatına, mədəniyyətinə öz adını qızıl hərflərlə yazdırıb. Tarixən qazandığı nailiyyətləri, mədəniyyət sahəsinə verdiyi töhfələri, tanınmış tarixi şəxsiyyətləri, saz-söz adamları ilə öz sözünü deyib. Ona görə də bu gün rayonda fəaliyyət göstərən bütün mədəniyyət müəssisələri, idman kompleksləri, mərkəzlər, muzeylər istər vətəndaşlara, istərsə də rayonumuza gələn hər bir qonağa rayonun adına layiq xidmət göstərməlidir. Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxda müasir standartlara cavab verən mədəniyyət ocaqları fəaliyyət göstərir ki, həmin müəssisələr yaradılan şərait və səliqə-sahmanı ilə həmişə seçilməlidir. Ən əsası da vətəndaşlara göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır.

İcra başçısı daha sonra hər bir müəssisənin gördüyü işləri və qarşıda duran vəzifələri müzakirə edib. Qeyd olunan müəssisələrdə təşkil olunan bütün tədbirlərin nəinki rayon, eləcə də respublika səviyyəsində keçirilən tədbirlər sırasında olmasını vurğulayıb. Rayon rəhbəri keçirilən tədbirlərin, reallaşan layihələrin mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılması, keçirilən həmin tədbirlərə rayon ictimaiyyətinin, məktəblilərin, gənclərin, digər təşkilat nümayəndələrinin cəlb olunması ilə bağlı da fikirlərini bildirib. Rayonda fəaliyyət göstərən və adları qeyd olunan həmin müəssisələrin bir-biri ilə əməkdaşlıq etmələrini, tədbirlərin təşkili zamanı dəstək olmalarını qeyd edib.

Sonda bir daha bəzi tapşırıq və tövsiyələrini çatdıran rayon rəhbəri hər bir müəssisə rəhbərinə öz fəaliyyətlərində ciddi dönüş yaratmalarını bildirib.


GOYEZEN.AZ



Facebook-da paylaş