Dövlət hər zaman öz vətəndaşının yanındadır
Bu gün Qazax Rayon İcra Hakimiyyətində Qarabağ
müharibəsi əlilləri ilə keçirilən tədbirdə səslənən bu fikirlər bir daha onu
göstərir ki, Vətən, torpaq uğrunda öz qəhrəmanlığı, göstərdiyi şücaəti ilə
seçilən, Azərbaycanın ərazi bütövlüyü tam olsun deyə öz sağlamlığından keçən Vətən
oğulları hər zaman dövlətinə, Prezidentinə arxalanır. Dövlətini və ölkə rəhbərini
özlərinə arxa, dayaq sanır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək əvvəlcə
Qarabağ qazisi Qurban Qurbanovu və ailəsini təbrik edib, gözaydınlığı verib.
İcra başçısı qeyd edib ki, dünən aldığımız xoş xəbər təkcə Qurban Qurbanovun
ailəsində deyil, bütün Qarabağ əlillərinin ailəsində böyük sevincə səbəb oldu. Onun
timsalında bu sevincdən bütün qazaxlılara pay düşdü. Rayon rəhbəri bildirib ki, bu il aprelin 3-də Heydər Əliyev Fondu
tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən
görüşdə siz Qarabağ qazilərinə olan səmimi
münasibəti izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham Əliyev
və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım
Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. O görüş onu
sübut etdi ki, dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı olan
insanlar varsa onların, eləcə də sizin kimi Vətən torpaqlarının azadlığı
uğrunda sağlamlığını itirən mərd və igid oğulların arxasında, yanında dayanır. Necə
ki, Mehriban xanım dünənki qərarı, atdığı dəyərli addımı ilə bir daha hər kəsə bunu
nümayiş etdirdi. O addım ki, bir daha sübut etdi ki, Heydər Əliyev Fondu fəaliyyətə
başladığı ilk gündən bu cür xeyirxah əməlləri ilə Azərbaycan xalqını, ölkənin hər
bir vətəndaşını sevindirir. Mehriban xanımın həyata keçirdiyi bu xeyirxah əməllər
tükənməzdir, davamlıdır və ən əsası da Ulu Öndər Heydər Əliyevin vətəndaşlara
olan qayğısını özündə əks etdirən şərəfli bir missiyadır. Rayon rəhbəri bildirib ki, bu gün cəmiyyətimizdə elə bir sahə
tapılmaz ki, həmin sahələrdə istər ölkə başçısının, istərsə də Birinci
vitse-prezidentin diqqət və qayğısı hiss olunmasın. Çünki yürüdülən məqsədyönlü
siyasət və həyata keçirilən uğurlu layihələr, ən əsası da ölkə vətəndaşları ilə
keçirilən səmimi görüşlər bunu söyləməyə əsas verir. "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”
İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr əvəzi Xasay Balayev, müavin, I
qrup Qarabağ müharibəsi əlili, baş leytenant Namiq
Alıyev, birliyin üzvü Nüsrət Musayev, Silahlı Qüvvələrin "Ehtiyatda olan
zabitlər” Konfederasiyası Qazax rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi
əlili Baxış Hüseynov çıxış edərək Qurban Qurbanovu və ailəsini təbrik ediblər.
Onun sevincinə şərik olaraq xoş təəssüratlarını bölüşüblər. Döyüşlərdə yaralanmış əsgər
və zabitlərin, Qarabağ qazilərinin Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını
hər an hiss etdiklərini bildiriblər. Mehriban xanımın tapşırığı ilə ən müasir,
hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilməsini, neçə-neçə
Qarabağ qazisinin Fond tərəfindən müalicə almasını, bütün bunları onlara
verilən yüksək dəyər, göstərilən qayğı kimi qiymətləndiriblər. "Bu gün biz
ayağımızı, gözümüzü, sağlamlığımızı itirsək də qürur və əzəmətlə dayanırıq.
Çünki biz gücümüzü ölkə başçısından, Birinci vitse-prezidentimizdən alırıq. Çünki
biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə
yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik.
Bugünkü qürur hissini isə bizlərə yenə də dövlətimiz və dövlət başçımız,
Birinci vitse-prezidentimiz yaşadır. Onların biz qazilər, döyüşçülər haqqında
söylədiyi dəyərli fikirlər bizi bir daha əmin edir ki, bizim arxamızda güclü
dövlətimiz və Ali Baş Komandanımız dayanıb”. Mehriban xanımın atdığı addımı
böyük sevinc hissi ilə qarşılayan çıxışçılar bu addımı Qurban Qurbanovun timsalında
onlara olan qayğı kimi dəyərləndiriblər və sonsuz minnətdarlıqlarını
çatdırıblar. Qazax Rayon Polis şöbəsinin
rəisi Ədalət Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,
vəkil Şahin Hacıyev də çıxış edərək Qarabağ qazisini təbrik edib, müstəqil
Azərbaycan dövlətində vətəndaş amilinin hər zaman ön planda dayandığını bir
daha diqqətə çatdırıblar. Evlərinin onlara bağışlanma
xəbərini böyük ruh yüksəkliyi, sevinc hissi ilə qarşılayan Qurban Qurbanov və
həyat yoldaşı Zeynəb Qurbanova da xoş təəssüratlarını bölüşüblər. Başda ölkə
Prezidenti İlham Əliyev olmaqla, Birinci vitse-prezident Mehriban Əliyevaya
ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Evin qaytarılmasında
onun səsinə səs verib dəstək olan, əməyi keçən insanlara sonsuz təşəkkürlərini
ifadə ediblər. Q.Qurbanov bildirib ki, "Bu gün mənim və ailəmin sevincinin
həddi-hüdudu yoxdur. Mən və ailəm bir daha əmin olduq ki, bizim arxamız,
dayağımız göydə Allah, yerdə dövlətimiz, ölkə başçımızdır. Dünən aldığımız
sevincli xəbər nəinki bizi, eləcə də bütün Qarabağ qazilərini, qazaxlıları
sevindirdi. Mehriban xanım təkcə bizim ailənin deyil, yüzlərlə, minlərlə
ailənin sevincinə səbəb oldu. O, atdığı addımı ilə biz qazilər üçün Ana, bacı
olduğunu bir daha sübut etdi. Mən və mənim kimi darda, çətində olan insanlara
bir ümid yeri, arxa, dayaq olduğunu bir daha göstərdi”. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq istər dövlət, istərsə
də rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğının bundan
sonra da yüksək səviyyədə olacağını bildirib. Bu cür görüşlərin mütəmadi olaraq
keçiriləcəyini qeyd edib və Qarabağ qazilərinə müstəqil Azərbaycanın
çiçəklənməsi naminə gördükləri işlərdə uğurlar arzulayıb. GOYEZEN.AZ
"Biz yaxşı bilirik ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Qarabağ müharibəsi əlili Qurban Qurbanovun ölkə başçısının ona bəxş etdiyi və girovda olan evinin ona qaytarılması bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətində vətəndaş amili hər zaman yüksəkdə dayanır və bundan sonra da dayanacaqdır. Biz bir daha əmin olduq ki, biz Qarabağ qazilərinin arxasında dayanan, daim bizə dayaq olan dövlətimiz, İlham Əliyev kimi ölkə başçımız və hər kəsə Ana, bacı qayğısı ilə yanaşan Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Dövlətimiz, xüsusilə də Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım tərəfindən Qurban Qurbanovun səsinə səs verilməsi onun timsalında biz Qarabağ qazilərinə verilən qiymət, göstərilən qayğıdır”.
Facebook-da paylaş