Qazaxda narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
Bu
gün Qazaxda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair
2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi
və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən maarifləndirmə xarakterli tədbir
keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin
dəyirmi masasında keçirilən tədbirdə icra aparatının məsul şəxsləri, Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, İşçi qrupunda
baş məsləhətçi Rahib Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,
rayon üzrə komissiyasının üzvləri, təhsil, səhiyyə işçiləri, məktəb
direktorları, KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri
giriş sözü ilə açaraq qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından
salamlayıb, bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki,
son illər dövlət başçısı cənab İlham Əliyevin qayğısı sayəsində daim diqqət mərkəzində
saxlanılan sahələrdən biri də ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə
sahəsində görülən işlərdir. G.Həsənova qeyd edib ki, ölkə Prezidentinin 22 iyul
2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə
dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5
illik Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planı bu
sahədə həyata keçirilən işlərin bariz nümunəsidir. Müavin respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Dövlət Proqramının
icrası ilə əlaqədar hazırlanmış tədbirlər planında əksini tapan məsələlərlə
bağlı məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb. Qazax
RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik
Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə
Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq 14 oktyabr
tarixindən Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, eləcə də ali
və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik tədbirlərin
keçirilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək tədbir
iştirakçılarını salamlayıb, Dövlət Komissiyası tərəfindən bölgələrdə, o cümlədən
də Qazaxda keçirilən bugünkü tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu
cür tədbirləri təşkil etməkdə məqsəd narkotiklərin insan orqanizminə məhvedici
təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər komissiyasının
narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin
artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb
edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və
müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra
başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr
vermək, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar
aparmaqdır. T.Aydınov bildirib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə
dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini öyrənmək, zərurət
yaranarsa bu sahədə əməli köməklik göstərmək, qeyd olunan sahədə mübarizə tədbirlərinin
aparılmasında dövlətimizin rolu barədə bölgələrimizdə yaşayan insanları məlumatlandırmaq,
narkotik vasitələrin törətdiyi fəsadlar haqqında maarifləndirici fikir mübadiləsi
aparmaqdır. Natiq respublikamızda narkomaniyaya qarşı mübarizə işinin Ulu Öndər
Heydər Əliyev tərəfindən 26 avqust 1996-cı ildə "Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” imzaladığı Fərmana əsasən
geniş start götürdüyünü və bu gün də uğurla həyata keçirildiyini qeyd edib. O,
Ümummilli Liderin söylədiyi "Narkomaniya və narkobiznes ilə mübarizə hər bir
ölkənin, xalqın, millətin fiziki və şüuru sağlamlığı uğrunda aparılan mübarizədir”
kimi dəyərli fikirə bu gün də xüsusi önəm verildiyini və dövlətimizin bu sahədə
gördüyü işləri vurğulayıb. Həmin Fərmana əsasən Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradılmasını,
2000-2006-cı illəri əhatə edən proqramların təsdiq edilməsini, "Narkotik vasitələr,
psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi haqqında” 18 iyun
1999-cu il və 28 iyul 2005-ci il tarixlərdə Azərbaycan Respublikası
Qanunlarının imzalanmasını bu sahədə görülən işlərin əyani göstəricisi kimi
qeyd edib. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə
sayca 4-cü olan 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsini
və həmin proqrama uyğun olaraq bu sahə ilə bağlı görülən tədbirlərin bundan
sonra da uğurla yerinə yetirilməsi kimi qiymətləndirib. T.Aydınov
son 15 ildə ölkə rəhbəri tərəfindən 15 Fərman və 56 Sərəncamın, Nazirlər
Kabineti tərəfindən 31 Qərarın və 10 Sərəncamın imzalandığını, Milli Məclisdə
38 Qanunun qəbul edildiyini də diqqətə çatdırıb. O, Respublika Narkoloji Mərkəzindən
verilən məlumata əsasən 2013-cü ildə 28376 nəfər narkotik aludəçisi olduğu
halda, 2018-ci ilin sonunda bu rəqəmin 31432 nəfərə çatdığını bildirib.
T.Aydınov narkoloji xidmətin
keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ölkə Prezidentinin tapşırığına əsasən Səhiyyə
Nazirliyi tərəfindən Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni Narkoloji Mərkəzin
istifadəyə verildiyini və ən müasir avadanlıqlarla təchiz olunduğunu, bununla
yanaşı, Qaradağ rayonu ərazisində də məcburi müalicəyə cəlb olunanların müalicə
olunması üçün yeni tibb müəssisəsinin tikildiyini qeyd edib. Natiq çıxışı
zamanı narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri, bununla bağlı təhsil müəssisələrində psixoloqların rolu, maarifləndirmə
tədbirlərinin artırılması, narkomaniyanın törətdiyi fəsadların qarşısının
alınması sahəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında da fikirlərini
bölüşüb, təklif və tövsiyələrini çatdırıb. Qazax Rayon İcra Hakimiyyəti
başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın məsləhətçi psixoloqu Kəmalə Cəfərova çıxış edərək istər ötən
il, istərsə də cari ildə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə tədbirlərinin uğurla icra olunduğunu bildirib. Dövlət başçısı tərəfindən
bu sahə ilə bağlı təsdiq olunmuş Dövlət Proqramlarının icrası ilə bağlı verilən
tapşırıq və tövsiyələrin olduğu kimi icra edildiyini diqqətə çatdırıb. Respublika
Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci
illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə keçən il Qazax
rayonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi
və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
İnstitutu tərəfindən birgə hazırlanmış "Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsaitə
və Qazax RİHB aparatı yanında fəaiyyət göstərən "Narkomanlığa və Narkotik vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın 2018-ci il üçün iş planı”na əsasən 21 may 2018-ci il tarixdən 5 iyun
2018-ci il tarixədək Qazax RİH-nin, RTŞ-nin, RPŞ-nin əməkdaşlarının birgə
iştirakı ilə rayon üzrə 40 ümumtəhsil məktəbində yüksək səviyyədə
psixoprofilaktik maarfləndirici tədbirlərin keçirildiyini qeyd edib. Ötən il həyata keçirilən işlərin
bu il də uğurla davam etdirildiyini qeyd edən K.Cəfərova Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı
ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə 2024-cü ilə qədər
olan dövrü əhatə edən, sayca dördüncü "Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə
Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına
Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq Qazax
rayonu üzrə şəhər, kənd tam orta məktəblərində,
ali və orta ixtisas məktəblərində "Narkomanlıqla bağlı hüquqpozmalara meylli
olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil
aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları,
təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin
genişləndirilməsi", "Ali və orta ixtisas təhsil müəssisələrində, narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların
sağlamlığına ziyanı barədə təbliğat aparılması, tələbələrin və şagirdlərin
antinarkotik dünyagörüşünün formalaşdırılması" ilə bağlı 14 oktyabr tarixindən psixoprofilaktik
maarifləndirici silsilə tədbirlərin keçirilməsinə start verildiyini bildirib. Qazax
RİH-nin, RTŞ-nin, RPŞ-nin əməkdaşlarının birgə iştirakı ilə rayon üzrə 37 ümumtəhsil
məktəbində, BDU-nun Qazax filialında və Qazax Dövlət Sosial–İqtisadi Kollecində
bu tədbirlərin reallaşdırılacağını diqqətə çatdırıb. Bu günə kimi isə 14 ümumtəhsil
məktəbində səyyar maarifləndirici tədbirlərin keçirildiyini və qrafik üzrə
davam edəcəyini bildirib. Oktyabrın
14-dən başlayaraq M.Həsənov adına Birinci Şıxlı, V.Musayev
adına İkinci Şıxlı, Ş.Nəsibova adına Sarıvəlli,Z.Mahmudov adına Yuxarı Salahlı, Aslanbəyli, A.Kəmərli adına Kəmərli, A.Məmmədov
adına Qaymaqlı, A.Bəbirov adına Xanbağı, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli,
E.Cəfərov adına Çaylı kənd 2 nömrəli, Daş Salahlı kənd A.Əmilov adına 1 və Ş.Cəbiyev adına 2
nömrəli, Ş.Şahvələdov
adına Xanlıqlar, M.Dilbazi adına Cəfərli kənd tam orta məktəblərində keçirilən
tədbirlər zamanı şagirdlərlə narkomaniya və onun fəsadları, erkən nikah və onun
cəmiyyət üçün yaratdığı fəsadlar, yol hərəkəti qaydaları haqqında, antisosial
mühitdən necə qorunmağın yolları barədə psixoprofilaktik söhbətlər aparıldığını
qeyd edib. K.Cəfərova bildirib ki, məqsədimiz yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu
xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və
gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq,
narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı
psixoloji və fiziki fəsadları, insan sağlamlığına vurduğu zərərlər haqqında
maarifləndirmək və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gəncləri cəlb
etməkdir. Qazax
Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova da çıxış edərək
bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və əhəmiyyətinin
böyük olduğunu söyləyib. N.Osmanova hazırda rayon üzrə narkoloji dispanserdə
"narkoman” diaqnozu ilə 147 nəfərin qeydiyyatda olduğunu qeyd edib və onlarla
mütəmadi olaraq profilaktiki söhbətlər aparıldığını, onların daim müayinə
olunduğunu, lazım olan hallarda stasionar müalicəyə cəlb edildiyini bildirib.
O, rayonda keçirilən bütün maarifləndirici tədbirlərdə yaxından iştirak
etdiyini və bu sahə ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən görülən işlərin də
diqqətə çatdırıldığını vuğulayıb. Qazax Rayon Polis şöbəsinin
Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı
Murad Qurbanov da tədbirin əhəmiyyətini qeyd edərək təşkil olunmasına görə əməyi
keçən insanlara minnətdarlığını çatdırıb. Rayon Polis şöbəsi və kollektivi
olaraq ölkə başçısının imzaladığı Fərman və Sərəncamların, Daxili İşlər
Nazirliyinin verdiyi Əmr və göstərişlərin layiqincə yerinə yetirilməsi üçün
böyük səylə çalışdıqlarını, bu sahə ilə bağlı təşkil olunan bütün maarifləndirici
tədbirlərdə yaxından iştirak etdiklərini bildirib. Qazax Uşaq-Gənclər İnkişaf
Mərkəzinin direktoru Gövhər Rəhimova da tədbirdə söz alaraq rəhbərlik etdiyi
mərkəzin narkomaniya və narkotik vasitələrə qarşı mübarizə sahəsində gördüyü
işlərdən danışıb. Mərkəzin dərnək üzvlərinin iştirakı ilə narkomaniya və onun
törətdiyi fəsadları özündə əks etdirən əl işlərindən ibarət sərginin
keçiriləcəyini, bundan əlavə, 100-dən çox gənc və yeniyetmənin iştirakı ilə
yürüş təşkil olunacağını vurğulayıb. Qazax Rayon Mərkəzi
Xəstəxanası Publik hüquqi şəxs-baş direktor Sevda Məmmədova çıxış edərək
narkomaniya və onun törətdiyi fəsadlarla bağlı görülən mübarizə işlərindən,
həyata keçirilən maarifləndirici tədbirlərdən söz açıb. Rayon rəhbərliyi
tərəfindən bu sahə ilə bağlı aparılan mübarizə tədbirlərini qeyd edən
S.Məmmədova gənc və yeniyetmələrlə təkcə maarifləndirici söhbətlərin
aparıldığını deyil, eyni zamanda onların fikrini bu bəladan yayındıracaq digər
tədbirlərin də təşkil olunduğunu qeyd edib. Rəsm sərgilərinin, idman
yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Q.Hacımahmudova adına şəhər
ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü də mövzu ətrafında ürək sözlərini
bildirib. Narkomaniya və onun törətdiyi fəsadlara, cəmiyyətimizə vurduğu ağır
zərbələrə qarşı mübarizə yolları ilə bağlı alternativ tədbirlər barədə
təkliflərini qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti
baçısının müavini Gulaya Həsənova tədbirə yekun vuraraq düşmənlə 168 km məsafədə
sərhəddi olan Qazaxda tədbirin keçirilməsinə görə Dövlət Komissiyasının rəhbərliyinə
bir daha minnətdarlığını bildirib. Dövlətin gələcəyi, sağlam gəncliyi naminə bu
sahə ilə mübarizədə hər kəsin səfərbər olmasını bildirib və bugünkü tədbiri
bunun bariz nümunəsi kimi qiymətləndirib. Tədbirdə iştirakçılara
narkomaniya və onun törətdiyi fəsadları, mübarizə yollarını özündə əks etdirən
bukletlər paylanılıb. GOYEZEN.AZ
Facebook-da paylaş