• Təqvim

  • Unutma

  • Maraq



“Sağlam gənclik” layihəsi çərçivəsində Qazaxda veloyürüş təşkil olunub


Bu gün Qazaxda Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Sağlam gənclik” layihəsi çərçivəsində növbəti veloyürüş təşkil olunub. Layihənin birinci mərhələsi üzrə üç rayonda – Bilasuvar, ŞəmkirQazax rayolarında reallaşan veloyürüş bu gün uğurla başa çatıb.

Şəhər və kənd məktəblilərinin, eləcə də velosipedli gənclərin iştirakı ilə baş tutan veloyürüş Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda yerləşən Gənclər Mərkəzinin qarşısından start götürüb. 400-ə yaxın gənc və yeniyetmənin qatıldığı veloyürüş Qazax şəhərinə Bakı istiqamətindən (At heykəlinin yanı) girişə kimi davam edib və ordan əks istiqamət üzrə hərəkət edən velosipedçilər şəhər mərkəzi ilə dövrə vuraraq Gənclər Mərkəzinin qarşısında finiş xəttinə çatıblar.


Rəsmi açılış tədbirində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, gənclərin sağlamlığına xidmət edən bu cür layihənin təşkilinə görə əməyi keçən insanlara, təşkilat rəhbərlərinə minnətdarlığını bildirib. Veloyürüşdə iştirak edən gənc və yeniyetmələrə uğurlar arzulayıb. Düşmənlə sərhəddə, paytaxt Bakıdan ən ucqar məsafədə yerləşən Qazaxda belə bir yürüşün keçirilməsini bölgələrdə yaşayan gənclərə olan qayğı, eyni zamanda velosiped idman növünün inkişaf etdirilməsi kimi qiymətləndirib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri Azərbaycan Gənclər Fondunun yaradılmasını, Fondun həyata keçirdiyi layihələri, eləcə də 2 fevral 2019-cu il tarixindən Fondun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərini (GİKM) dövlətin gənclərə olan qayğısının bariz nümunəsi kimi qeyd edib. Hazırda Qazax, Şəmkir, Biləsuvar və İsmayıllı rayonlarında fəaliyyət göstərən GİKM-lərinin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb. Bu gün ölkəmizdə uğurla yürüdülən dövlət siyasətinin əsasında gənclərə olan qayğının, ölkə idmanının inkişaf etdirilməsinin dayandığını bir daha diqqətə çatdırıb.


Azərbaycan Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov çıxış edərək veloyürüş iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. Veloyürüşün təşkilində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.


Respublika Olimpiya Velosiped İdmanı Məktəbinin direktoru Faiq Qurbanov da öz növbəsində veloyürüşçüləri salamlayıb, layihənin Qazaxda uğurla başa çatmasında dəstəyinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışan natiq bugükü veloyürüşün də məhz bu məqsədə xidmət etdiyini vurğulayıb.

Rəsmi hissə başa çatdıqdan sonra veloyürüşə start verilib. Sonda Qazax Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzindəyaradılacaq velokluba 10 ədəd velosiped və texniki ləvazimatlar hədiyyə edilib.

 

















GOYEZEN.AZ



Facebook-da paylaş