• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Qazax Tarix-Diyarşünaslıq Muzeyində olub

Bu gün əminliklə söyləyə bilərik ki, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri məhz mədəniyyət sahəsidir. Rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması bunun bariz nümunəsidir. Bundan əlavə, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının cari təmir olunması, həmin idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər rayon rəhbərinin bu sahəyə olan qayğısının əyani sübutudur.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün rayonumuzda fəaliyyət göstərən, 2016-cı ilin 19 oktyabrından müasir görkəmdə rayon sakinlərinin ixtiyarına verilən Qazax Tarix-Diyarşünaslıq Muzeyində olub. Muzeyin hazırki vəziyyəti, işçilərin iş şəraiti və onları narahat edən qayğılarla maraqlanıb.

Rayon rəhbəri yaradılan səliqə-sahmanla, rayon sakinlərinə göstərilən xidmətlərlə də tanış olub. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri lazımi tapşırıq və tövsiyələrini verib. İşlərində bundan sonra da ciddi olmalarını və muzeyə gələn sakinlərə qarşı qayğı ilə yanaşmalarını bildirib.





GOYEZEN.AZ        



Facebook-da paylaş