• Təqvim

  • Unutma

  • Maraq



Qadınlar böyük qüvvədir

Qadınlar böyük qüvvədir
Qazax rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla görüş keçirilib. Tədbirdə məktəb direktorları, müəllimlər, veteran qadınlar, bağça müdirləri, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edib.
Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə bütün qadınları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
Qeyd edib ki, xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günədək layiqincə yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri vardır. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazanılan uğurlarda qadınlarımızın xidmətləri əvəzsizdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm vermişdir. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə komitə sədri, nazir müavini, rektor və digər yüksək vəzifələrdə çalışırlar. Millət vəkillərinin 20 faizə yaxınını qadınlar təşkil edir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri vardır.
Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
R.Babaşov rayonun ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində Qazax qadınlarının da böyük əməyinin olduğunu bildirib. Qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmasını yüksək qiymətləndirib.
Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
Tədbirdə çıxış edənlər rayonda apardığı tikinti-qurucluq işlərinə, onlarla bayram münasibətilə görüş keçirdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova rayonun bütün qadınları adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara bayram hədiyyələri təqdim edilib.

Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
Qadınlar böyük qüvvədir
Elçin İSMAYIL


Facebook-da paylaş