Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edib
Mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 18 oktyabr
2019-cu il tarixində Qazaxda Ağstafa və həmin rayondan olan vətəndaşları qəbul
edib. AAYDA-nin İdarə
heyətinin sədri Saleh Məmmədov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov qəbuldan öncə Ulu Öndər
Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoyub, Ümummilli Liderin
əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Ulu Öndərin adını
daşıyan Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks
etdirən stendlərlə tanış olublar. Daha sonra Qazax
Rayon Gənclər Mərkəzində keçirilən qəbulda Qazax və Ağstafa rayonlarından olan
30-a yaxın vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Qəbul
zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və
yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir
vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq
zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin
rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin
bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər
nəzarətə götürülüb. Sakinlər bölgələrdə
vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait
yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş