• Təqvim

  • Unutma

  • Maraq



Bayramınız mübarək, əziz qadınlar

Qazax rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib


Bayramınız mübarək, əziz qadınlar
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qadınları bayram münasibətilə təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində qadına diqqət və qayğı mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayramınız mübarək, əziz qadınlar
Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görmüşlər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişlər.
Bayramınız mübarək, əziz qadınlar
Tədbirdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edirlər.
Bayramınız mübarək, əziz qadınlar
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, biz bu gün fəxrlə bildiririk ki, Qazax qadınları da həmişə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetiriblər. Onlar bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçılarıdırlar. Rayonumuzun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini deyiblər və milli maraqlara söykənən mövqelərini nümayiş etdiriblər.
Bayramınız mübarək, əziz qadınlar
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova onlara göstərdiyi diqqət və qayğıya görə bütün qadınlar adından İcra Başçısı Rəcəb Babaşova dərin minnətdarlığını bildirib.
Bayramınız mübarək, əziz qadınlar
Tədbirdə qadınlara gül dəstələri və qiymətli hədiyyələr verilib.
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Sonda rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bir daha bütün qadınları təbrik edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb.

Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
Bayramınız mübarək, əziz qadınlar
GOYEZEN.AZ


Facebook-da paylaş