• Təqvim

  • Unutma

  • Maraq



Qazax güləş məktəbinin beşiyi

Bu adı qazanmış Məhəmmədəli Qazaxlı adına güləş zalının əsaslı təmirdən sonra açılışı olub


Qazax güləş məktəbinin beşiyi
Qazax rayonunda bütün sahələrlə yanaşı idmana və idmançılara da böyük diqqət və qayğı göstərilir. Bütün növlər üzrə idmanla məşğul olan gənclərə yüksək şərait yaradılır, onların idmançı kimi yetişməsi üçün lazımi tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, təkcə 2016-cı ildə qazaxlı idmançılar müxtəlif növlər üzrə diqqətəlayiq nəticələr əldə edib rayonun və ölkəmizin adını yüksəklərə qaldırıblar.

Qazax güləş məktəbinin beşiyi
Qazax rayonu idman sahəsində həmişə öz güləşçiləri ilə tanınıb. Hələ sovet dönəmində Sarı və Kamal Əhmədov qardaşları, Ramiz Tağıyev və onlarla belə adlı-sanlı güləşçilər nəinki respublikamızda, eləcə də avropada və dünyada qazandıqları qələbələrlə öz adlarını idman tarixinə yazdırıblar. Azərbaycan müstəqillik əldə etdikdən sonra da Qazaxda güləşə olan maraq azalmamış, əksinə daha da artaraq onlarla güləşçi respublika, avropa və dünya çempionatlarında, birinciliklərdə qalib gəlib, qazanılmış ənənəni davam etdirib.

Qazax güləş məktəbinin beşiyi
Əldə olunan qələbələrin, qazanılan yüksək nəticələrin bir möhkəm təməli, sağlam bir bünövrəsi var. Bu da SSRİ idman ustası, SSRİ-nin Bədən Tərbiyəsi və İdman Əlaçısı, respublika dərəcəli hakim, Azərbaycanın Bədən Tərbiyəsi və İdman Əlaçısı, respublikanın ali kateqoriyalı məşqçi-müəllimi, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, respublikanın əməkdar məşqçisi, Azərbaycanın Bədən tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyevin yaratdığı güləş məktəbidir. Ona görə də Qazaxda güləşdən söz düşəndə hamı bir nəfər kimi rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin Məhəmmədəli Qazaxlı adına güləş zalının adını çəkir. Bu da təsadüfi deyil. Məhz güləş sahəsində qazanılan bütün qələbələrin əsasında, mayasında bu məktəbin məşqçilərinin əvəzsiz zəhməti dayanır.

Saysız-hesabsız tanınmış güləşçilər yetirməsinə baxmayaraq bu adlı-sanlı güləş zalı təmir olunmadığı üçün son illər yarasız bir hala düşmüşdü. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bunu nəzərə alaraq güləş zalının təmir olunması üçün göstəriş verəndən sonra burada işlərə başlanıldı. Qısa müddətdə həmin bina əsaslı şəkildə təmir olunaraq yüksək səviyyəyə gətirilib.

Qazax güləş məktəbinin beşiyi
Bu gün Məhəmmədəli Qazaxlı adına güləş zalının əsaslı təmirdən sonra açılışı olub. Açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il martın 5-də ulu öndər Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Ölkə Prezidenti İlham Əliyev 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. İndi nəinki Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib.

Qazax güləş məktəbinin beşiyi
Ölkəmizdə idmana göstərilən dövlət qayğısı getdikcə daha da artır. Bu gün əsaslı şəkildə təmirdən sonra açılışına toplaşdığımız M.Qazaxlı adına güləş zalı dediklərimizə əyani sübutdur. Mən rayona İcra başçısı təyin olunduqdan az sonra idman zalı ilə yaxından tanış olmuşdum. Binanın çox acınacaqlı vəziyyətini görüb əsaslı təmir işlərinə başlanılması barədə tapşırıqlarımı vermişdim. İdman zalı sizin də gördüyünüz kimi, həqiqətən yüksək səviyyədə təmir olunmuşdur.

Qazax güləş məktəbinin beşiyi
Binanın iç hissəsində 650 kv.m sahə suvanaraq rənglənmiş, 105 kv.m döşəmə yonularaq laklanmış, 7,5 kv.m hamam tam yenidən qurulmuş, 25 kv.m metlax döşənmiş, binanın giriş qapısı və 2 ədəd daxili qapı yenisi ilə əvəz olunmuş və yeni kanalizasiya və işıq sistemi qurulmuşdur.
Binanın 380 kv.m fasad hissəsi rənglənmiş, giriş pilləkanına yeni üzlük və binanın həyətinə 100 kv.m tamet döşənmişdir.

Qazax güləş məktəbinin beşiyi
Tədbirdə Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü Kamal Əhmədov və Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyev çıxış edərək əsaslı təmirdən sonra güləş zalının açılışı münasibətilə idmançıları təbrik etmiş, onlara idman sahəsində yeni-yeni uğurlar arzulayıblar. İdmançılara göstərilən bu diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Rəcəb Babaşova rayon idmançıları adından dərin minnətdarlıqlarını bildiriblər.

Qazax güləş məktəbinin beşiyi
Tədbirin sonunda Azərbaycanda idmanın inkişafındakı xüsusi xidmətlərinə görə Firdovsi Umudov, Ramiz Tağıyev, Kamal və Sarı Əhmədov qardaşları təltif olunublar. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudova üzərində portreti təsvir olunmuş xalça hədiyyə edilib.
Sonda qonaqların və rayon idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə güləş zalına baxış keçirilib.

Qazax güləş məktəbinin beşiyi
Qazax güləş məktəbinin beşiyi
Onu da qeyd edim ki, bu güləş məktəbindən neçə-neçə adlı-sanlı idmançılar yetişib. Dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin qalibi, avropa və dünya çempionatlarının mükafatçısı, dünya kubokunun sahibi olmuş, FİLA-nın Qızıl medalına layiq görülmüş, 2012-ci ildə dünyanın 1 nömrəli məşqçisi seçilmiş, “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif edilmiş, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, avropa çempionatında 2-ci yeri tutmuş Rəhim Namazov, dünya kubokunun sahibi Xəqan Süleymanov, gənclər arasında dünya çempionu, dünya kubokunun 3-cü mükafatçısı Mahir Əmiraslanov, yeniyetmələr və gənclər arasında 4 dəfə avropa və dünya birinciliklərinin gümüş və bürünc mükafatçısı Elcan Usublu, dünya birinciliyinin bürünc mükafatçısı Seymur Hüseynov, avropa birinciliyinin gümüş və bürünc mükafatçısı Zahid Mirzəyev, yeniyetmələr arasında avropa və dünya birinciliklərinin bürünc mükafatçısı Məmmədhüseyn Həsənov, yeniyetmələr arasında avropa birinciliyinin bürünc mükafatçısı İntiqam Vəliyev, avropa birinciliyinin bürünc mükafatçısı Faiq Babanlı və onlarla respublika çempionları bu məktəbin yetirmələridir.

Qazax güləş məktəbinin beşiyi
Qazax güləş məktəbinin beşiyi
Qazax güləş məktəbinin beşiyi
Ümumiyyətlə, bu məktəb 100-dən çox SSRİ və Azərbaycanın idman ustası, 500-dən çox ustalığa namizəd və 1-ci dərəcəli idmançı, 150 nəfərə yaxın ümumittifaq və beynəlxalq turnirlərin qalibləri və mükafatçılarını yetirib.

Elçin İSMAYIL.


Facebook-da paylaş