• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı payız-qış mövsümünə hazırlıqla əlaqədar görüləcək işlərlə bağlı yerində tapşırıq verib


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr rayon rəhbərliyinin daim diqqət mərkəzində saxladığı sahələrdəndir. Məhz bu səbəbdən yaxın günlərdə rayon sakinlərinin payız-qış mövsümündə fasiləsiz qaz, elektrik enerjisi, su, eləcə də rabitə xidməti ilə yüksək səviyyədə təmin olunması məqsədilə görüləcək işlərlə bağlı müşavirənin keçirilməsi də planlaşdırılır.

Bu gün isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və aidiyyatı xidmət sahələrinin rəhbərləri ilə birlikdə rayonun İkinci ŞıxlıAslanbəyli kəndlərində olub. Payız-qış mövsümü ilə əlaqədar keçiriləcək müşavirədə müzakirəsi nəzərdə tutulan, eləcə də kənd sakinlərinin səyyar görüşlər zamanı müraciətlərində qeyd olunan məsələlərlə bağlı yerində baxış keçirib. Kənd sakinlərinin payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərlə yüksək səviyyədə təmin olunması ilə bağlı aidiyyatı xidmət sahələrinin rəhbərlərinə görəcəkləri işlər barədə tapşırıq verib. Rayon rəhbəri qəzalı vəziyyətdə olan rabitə və elektrik dayaqlarının, xətlərinin dəyişdirilməsi, təmirə ehtiyacı olan qaz borularının yenilənməsi, xüsusilə də kəndlərdə SİP kabelləşmə işinin aparılmasını bildirib. İcra başçısı hər bir xidmət sahəsinin qeyd olunan məsələlərin mahiyyətini və sakinlərin məmnunluğunu nəzərə alaraq görüləcək işlərə məsuliyyətlə yanaşmalarını qeyd edib. Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə bağlı kəndlərdə bu cür baxışların mütəmadi olaraq keçiriləcəyini vurğulayıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş