• Təqvim

  • Unutma

  • Maraq



Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazaxda Çaylı və Bala Çaylı kəndlərinin sakinləri ilə görüşüb

Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova ilə birlikdə ÇaylıBala Çaylı kəndlərinin sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Bala Çaylı kəndində keçirilən görüşdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək sakinləri salamlayıb, xoş arzularını çatdırıb. Son illər ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrinin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Qazaxda aparılan abadlıq və quruculuq işlərinin şəhər mərkəzi ilə yanaşı bütün kəndlərini də əhatə etməsini yüksək qiymətləndirib. Ölkə başçısının müstəqil Azərbaycanın inkişafı naminə yürütdüyü dövlət siyasətinin rayon rəhbərliyi tərəfindən olduğu kimi icra edilməsini bir vətəndaş olaraq minnətdarlıq hissi ilə qarşıladığını bildirib. Son 3 ildə Qazaxın simasının köklü surətdə dəyişməsini, rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları həmin siyasətin layiqincə yerinə yetirilməsi kimi dəyərləndirib.


Ü.Ağayeva seçicilərinin ona olan etimadını hər zaman layiqincə doğrultmağa çalışdığını da qeyd edib. Onlara olan diqqətin, qayğının bundan sonra da olduğu kimi davam edəcəyini söyləyib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək son 3 ildə rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində Qazaxda görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etdirilməsini, əhalinin maddi rifah halının yaxşılaşdırılmasını, tikinti-quruculuq işlərinin gündən-günə artmasını ölkəmizdə, eləcə də bölgələrimizdə olan inkişafın əyani sübutu kimi qiymətləndirib. Müavin "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən görülməsi nəzərdə tutulan işlərdən də söz açıb. 

  

G.Həsənova Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini bildirib. Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayevanın sakinlərlə keçirdiyi görüşü, sakinlərin qayğıları ilə maraqlanmasını vətəndaşlara olan qayğının bariz nümunəsi kimi qeyd edib.

Kənd sakinləri bugünkü görüşün dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısının daha bir əyani sübutu olduğunu qeyd edərək onlarla görüşə gəldiyinə görə Ülviyyə xanıma minnətdarlıqlarını bildiriblər. Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkili çəkdirilib.





 
GOYEZEN.AZ


Facebook-da paylaş