Qazaxda sakinlər çoxmənzilli yaşayış binalarında aparılan təmir işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərin mərkəzində təmir
işləri aparılan, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin
yaşadığı Ş.Xiyabani
27, şəhər
sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda görülən
işlərlə tanış olublar. Rayon rəhbərliyinə məlumat
verilib ki, Ş.Xiyabanı 25 saylı binanın xarici fasadında görülən suvaq və
bloklarda aparılan birinci qat üzlük vurulması işi tam başa çatıb. Hazırda ikinci
qat üzlüyün vurulmasına başlanılıb. Eyni zamanda Ş.Xiyabanı 27 saylı binada
suvaq işlərinin başa çatdığı, bloklarda isə birinci qat üzlük vurulması işinin yekunlaşmaq
üzrə olduğu diqqətə çatdırılıb. Hər iki binada bloklara giriş qapılarının
qoyulduğu qeyd olunub. Bildirilib ki, ümumiyyətlə,
son 3 ildə Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində həyata keçirilən işlərin, vətəndaşlara olan qayğının nəticəsidir
ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxın
binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb. 27 saylı binada məskunlaşan
Bağanıs Ayrım kəndindən məcburi köçkün olan Etibar Adıgözəlov bina sakinləri
adından çıxış edərək səmimi
ürək sözlərini çatdırıb. Respublikamızda, eləcə də Qazax rayonunda görülən
genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli yaşayış binalarının yüksək səviyyədə
təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin
minnətdarlığını bildirib. Ölkə başçısının çoxmənzilli yaşayış binalarının təmiri
ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların rayonda uğurla icra edilməsini yüksək
qiymətləndirib.Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün
yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi
olduğunu qeyd edib. Təmir işləri ilə yaxından
tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də
abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina
sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin
keyfiyyətlə aparılmasını vurğulayıb. Eyni zamanda işlərin sürətləndirilməsi ilə
bağlı aidiyyəti üzrə tapşırıq verib. Rayon
rəhbərliyi cari ilin avqust ayında əsaslı təmirdən sonra sakinlərin istifadəsinə
verilən Azadlıq küçəsində yerləşən 92, Ş.Xiyabanı küçəsində yerləşən 12 və 14
saylı çoxmənzilli yaşayış binalarında görülən işlərlə də tanış olublar. Daha sonra rayon rəhbərliyi
rayonumuzda yeni inşa olunan "Qərb qapısı” şadlıq sarayında görülən işlərlə də
maraqlanıb. Məlumat verilib ki, yeni tikilən şadlıq sarayı 500 nəfər üçün
nəzərdə tutulub. Bundan əlavə, iki mərtəbədən ibarət olan sarayın birinci
mərtəbəsində 6 otaqdan ibarət otel də fəaliyyət göstərəcək. Sakinlərin
rahatlığı üçün hər cür şərait yaradılacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş