Çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri sürətlə davam etdirilir
Ş.Xiyabanı 25 saylı bina Son 3 ildə Qazaxda geniş
vüsət alan işlərdən biri də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində həyata keçirilən işlərdir. Vətəndaşlara olan qayğının nəticəsidir
ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxın
binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb.
Yerdə qalan binalarda isə işlərə böyük sürətlə start verilib. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan,
Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin
yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda olub
görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, hazırda hər iki binanın xarici fasadında suvaq, bloklarında isə
üzləmə işləri görülür. Təmir işləri ilə yaxından
tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də
abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina
sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin
keyfiyyətlə aparılmasını vurğulayıb. Eyni zamanda işlərin sürətləndirilməsi ilə
bağlı aidiyyəti üzrə tapşırıq verib.
GOYEZEN.AZ
Facebook-da paylaş