İcra başçısı mərkəzi xəstəxanada görülən son tamamlanma işləri ilə tanış olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov 2017-ci ildən başlayaraq tikintisi davam etdirilən
mərkəzi xəstəxanada görülən son tamamlanma işləri ilə tanış olub. 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının 5 korpusu ötən il inşa olunaraq hazır vəziyyətə
gətirilib. Hazırda isə qalan 5 korpusda son tamamlanma işləri aparılır. 10
korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu,
qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış
məntəqəsi inşa edilib ki, onlar da tam hazırdır. İş icraçısı Calal Əfəndiyev hazırda Gigiyena və
Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya,
yoluxucu xəstəliklər şöbələrinin yerləşəcəyi korpuslarda son tamamlanma
işlərinin görüldüyünü bildirib. Rayon rəhbəri hazır olan korpuslardakı mövcud vəziyyət
və avadanlıqların tam şəkildə yerləşdirilməsi ilə də maraqlanıb. Öz tapşırıq və
tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş