• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar özünüməşğulluq proqramına görə ölkə başçısına minnətdarlıq edir

Təmraz İskəndərov və başqalarından

Çox hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə həyata keçirilən və son vaxtlar daha da genişləndirilən islahatlar Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Bu il ərzində iki dəfə minimum əməkhaqqının və təqaüdlərin artırılması aztəminatlı ailələr tərəfindən böyük sevinclə qarşılandı. Sosial sahədə görülən mühüm işlərdən biri də özünüməşğulluq proqramıdır. Bu proqram Qazax rayonunda da uğurla həyata keçirilir və əhali tərəfindən böyük rəğbətlə qarşılanır.

Biz bu proqramdan yararlanmaq üçün məşğulluq mərkəzinə müraciət etdik və bizim təsərrüfat şəraitimizə baxış keçirildi. Daha sonra təlim kursuna cəlb olunduq. Təlim kursunu bitirdikdən sonra qiymətləndirmədən uğurla keçdik və biznes planımıza uyğun olaraq aktivlərlə təmin olunduq. Bu işin təşkilindən razı qalmışıq.

Cənab Prezident, biz də öz növbəmizdə verilmiş aktivlərdən səmərəli istifadə edərək öz təsərrüfatlarımızı genişləndirməyə, ölkə iqtisadiyyatına töhfə verməyə çalışacağıq. Hər birimiz ailəmiz adından bir daha Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İsgəndərov Təmraz Fərhad oğlu,

Nəsibov Məmməd Əhməd oğlu,

Daşdəmirova Zöhrə Zülfəli qızı,

Qaracayev Şahmurad Zirəddin oğlu,

Mehdixanov Elfaq Elçin oğlu və başqaları (cəmi: 15 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş