• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı gənc müəllimlərlə görüşüb


Bu gün hər kəsə yaxşı məlumdur ki, son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı, təhsil sahəsi də özünün intibah dövrünü yaşayır. Rayonda bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər ildən-ilə artmaqda davam edir. Heç şübhəsiz ki, bu uğurların kökündə təhsil sahəsinə, həmin sahədə çalışan insanlara olan səmimi münasibət, verilən dəyər və göstərilən qayğı dayanır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər. Rayon rəhbərinin mütəmadi olaraq təhsildə fərqlənən müəllim və şagirdləri qəbul etməsi, məktəblərdə onlar üçün yaradılan şəraitlə tanış olması, qayğıları ilə yaxından maraqlanması bunun bariz nümunəsidir.

Bu gün rayon rəhbərinin Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə bal toplayaraq təyinatla rayon məktəblərinə göndərilən gənc müəllimlərlə görüş keçirməsi də təhsil sahəsinə və müəllimlərə olan qayğısının əyani sübutudur. Bu cür görüşlərin keçirilməsi isə artıq bir ənənə halını alıb.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Təhsil şöbəsinin əməkdaşları, Gəncə şəhərindən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, eləcə də Qazax rayonundan olan müddətli müqavilə ilə işləyib daimiləşən, Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edib qəbul olan, eləcə də yerdəyişmə nəticəsində işə qəbul olan gənc müəllimlər iştirak edib. 

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə gənc müəllimləri, eləcə də bütün təhsil işçilərini təbrik edib. Qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri dəvət edim və tanış olum, qayğılarınızla maraqlanım. Çətin və şərəfli işinizdə sizə uğurlar arzulayım. Çünki rəhbər təyin olunduğum ilk gündən təhsil sahəsinə və müəllimlərə xüsusi qayğı ilə yanaşmaq fəaliyyətimin əsasını təşkil edir. 

Dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında Ulu Öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində Ümummilli Liderin bu sаhəyə daim diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini bildirib.

Təhsil sahəsinin ildən-ilə inkişaf etməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci   vitse-prezident Mehriban Əliyevanın da misilsiz xidmətləri olduğunu qeyd edən rayon rəhbəri fondun həyata keçirdiyi çoxsaylı işlərdən söz açıb. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə olduğu kimi Qazaxda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. 5 illik Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulduğunu bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.  

Ölkə başçısı İlham Əliyevin söylədiyi "Təhsil inkişaf etməlidir ki, dövlət də inkişaf etsin” kimi dəyərli fikrini gənc müəllimlərin diqqətinə çatdıran rayon rəhbəri təhsil sahəsinin inkişaf etməsində məhz gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Ona görə də ulu öndərin "Təhsil millətin gələcəyidir” kəlamının fəaliyyətləri dövründə şüar olmasını qeyd edərək bütün müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin daim öz üzərilərində çalışmalarını, təcrübəli müəllimlərdən bəhrələnməyi tövsiyə edib. Azərbaycan təhsilinin, körpə balaların parlaq gələcəyi naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi müəllim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb.

İstər müəllimlərin hazırlıq səviyyəsinin, istərsə də şagirdlərin dərsə davamiyyətinin yoxlanılması məqsədilə artıq 3 ildir ki, işçi qrupunun yaradıldığını bildirən icra başçısı hər bir müəllimə göstərdiyi əməyinə, bilik və bacarığına görə hər zaman yüksək qiymət verildiyini vurğulayıb və bundan sonra da bu cür olacağını qeyd edib.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından rayon rəhbərinə dərin minnətdarlığını bildirib.

Gənc müəllimlər çıxış edərək onlara verdiyi dəyərə görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz müəllimlər bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Yeni tədris ilində bu görüş biz gənc müəllimlər üçün ən böyük stimul oldu. Eyni zamanda da üzərimizə böyük məsuliyyət hissi qoyur. Biz də çalışacağıq ki, dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda gənc müəllimləri Bilik Günü münasibətilə bir daha təbrik edərək müstəqil Azərbaycanın çiçəklənməsi və təhsilin inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıb.

GOYEZEN.AZ



Facebook-da paylaş