Daş Salahlı kənd sakinlərinin müraciətinə yerində baxılıb
Bu gün Qazaxda bütün
sahələrlə yanaşı, daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaş
amilidir. Bu gün hər bir qazaxlının əminliklə söyləyə bildiyi tək bir gerçəklik
var ki, o da ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və
qayğısının Qazaxda da olduğu kimi öz əksini tapmasıdır. Bunun ən bariz
nümunəsini isə son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi
münasibətdən, göstərilən qayğıdan, ən əsası da istər şəhərdə, istərsə də
kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ
şəkildə cavab verilməsindən, vətəndaşların istəyinə əsasən yerində baxış
keçirilməsindən aydın şəkildə görmək olur. Qaldırılan məsələlərin həlli istiqamətində
yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bir daha
sübut edir ki, Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba
dəqiq və operativ şəkildə baxılır. Məktubda qeyd olunan hər bir istəyə xüsusi
həssaslıqla yanaşılır. Ən əsası da rayonda vətəndaş amili üstün tutulur. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun məktubla müraciət etmiş Daş Salahlı kənd sakinlərinin istəyinə
əsasən bu gün həmin kənddə olması, qaldırdıqları məsələyə yerində baxılması rayonda
vətəndaşa göstərilən qayğının daha bir bariz nümunəsidir. Sakinlərin kənddə mövcud
olan arxın beton üzlüyə alınması, əhalinin su təminatının yaxşılaşdırılması ilə
bağlı müraciətlərinə əsasən yerində baxış keçirən rayon rəhbəri onları diqqətlə
dinləyib, mövcud vəziyyəti onların öz dilindən eşidib. İcra başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar rayonda
suvarma və içməli suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri
olan Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq keçməsi ilə bağlı
suyun səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində rayonda su
probleminin yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan bütün
imkanlardan istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində
görülən işlərdən söz açıb. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Daş
Salahlı kəndində də su ilə bağlı çatışmazlığın olduğunu qeyd edib. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında əksini tapan subartezian quyularının qazılmasından danışan icra
başçısı Daş Salahlı kəndində də qazılacağını bildirib. Növbəti illərdə
qazılacaq subartezian quyularından ikisinin məhz Daş Salahlı kəndində nəzərdə
tutulduğunu vurğulayıb. Rayon rəhbəri həmin subartezian quyusunun birinin onlar
yaşayan əraziyə salınacağını qeyd edib. Sakinlər onların istəyini
nəzərə alıb görüşə gəldiyinə, qaldırdıqları məsələyə qısa bir vaxtda
baxılmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş