Vətəndaşlar çoxmənzilli binaların təmirinə görə ölkə başçısına minnətdarlıq edib
Hörmətli cənab Prezident. Əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş uğurlu inkişaf strategiyası və konsepsiyası Sizin
tərəfinizdən müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizin siması günbəgün, aybaay
dəyişir, gözəlləşir. Bu işlərin önündə Siz dayanmısınız. Son zamanlar
verdiyiniz fərman və sərəncamlar xalqımız tərəfindən çox böyük sevinc və
fərəhlə qarşılanır. Biz də ölkə vətəndaşları olaraq bu sevincə qoşulmuşuq. Həmçinin bildiririk ki, yaşadığımız binada
aparılan əsaslı təmir və abadlıq işləri də bizi çox sevindirir. Binamızın dam
örtüyü dəyişdirilmiş, pilləkənlər təmir olunmuş, fasadlar rənglənmiş, qaz,
işıq, su və rabitə xətləri yenilənərək qaydaya salınmışdır. Həyətimizdə
abadlıq, səliqə-sahman işləri görülmüşdür. Cənab Prezident, bu işlərə görə Sizə
binamızın sakinləri adından təşəkkürümüzü bildiririk. Allah işlərinizi avand
eləsin! Hörmətlə, Həsənov Alik Şamil oğlu, Şahbazov Orxan Elxan oğlu, Nəsibova Aynur Əşrəf qızı, Səmədova Şəbnəm Əbülfət qızı, Yusifova Bəhri Məhəmməd qızı, Vəliyeva İnayət İsmayıl qızı və başqaları –
cəmi 62 nəfər. Azərbaycan Respublikası, Qazax rayonu.Alik Həsənov və başqalarından,
Facebook-da paylaş