İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov artıq iki
aydır ki, əsaslı şəkildə yenidən qurulan Xalq yazıçısı İsmayıl Şıxlının adını
daşıyan 1176 şagird yerlik Kosalar
kənd tam orta məktəbində görülən işlərlə tanış olub. İş icraçısı Əhməd Rəhimov görülən işlər barədə məlumat
verərək təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin
yaxınlığında yerləşən yardımçı binada bütün işlərin yekunlaşmaq üzrə olduğunu
bildirib. Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı
yerləşən ikimərtəbəli yardımçı binada işlərin Bilik Gününə kimi tam başa
çatacağını qeyd edib. Əsas məktəb binasında görülən işlər barədə məlumat
verən iş icraçısı qeyd edib ki, binanın dam örtüyünün vurulması artıq
yekunlaşıb. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq işləri tam başa
çatıb. Hazırda üçüncü mərtəbədə ehtiyac olan hissələrdə arakəsmələr hörülür,
elektrik xətti çəkilir. Santexnik işi isə tamamlanıb. Otaqlarda döşəmənin
vurulması üçün hazırlıq işləri görülür. Bundan əlavə, məktəbin kənarına hasar
çəkilməsi (hörgü və suvaq işləri) demək olar ki, yekunlaşıb. Eyni zamanda akt
zalı və yeməkxana üçün nəzərdə tutulan binalarda söküntü və suvaq işləri başa
çatıb. İdman zalında isə yekunlaşmaq üzrədir. Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bəzi
tapşırıq və tövsiyələrini verib. Məlumat üçün bildirək ki, məktəbdə ilkin variantda nəzərdə
tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100
illik yubileyi ilə əlaqədar büstü qoyulacaq. Onu da qeyd edək ki, "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında
Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri öz əksini tapıb ki, həmin
məktəblərdən biri də Xalq yazıçısı
İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta
məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin istismara yararsız olması
nəzərə alınaraq əsaslı şəkildə yenidən qurulur.
GOYEZEN.AZ
Facebook-da paylaş