• Təqvim

  • Unutma

  • Maraq



Səyyar görüş zamanı vətəndaşın qaldırdığı məsələyə yerində baxılıb


Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də hər şeydən üstün tutulur. Mübaliğəsiz olaraq söyləyə bilərik ki, ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da əsas götürülür. Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsi vətəndaş amilinin ön planda olmasından xəbər verir. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, həlli mümkün olan nə varsa edilməsinin nəticəsidir ki, hər bir rayon sakini birmənalı şəkildə bilir ki, Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ötən həftə Hüseynbəyli kəndində keçirilən səyyar görüş zamanı müraciət edən Nəbiyev Kərəm İbrahim oğlunun istəyinə əsasən həmin kənddə olub, qaldırılan məsələyə yerində baxılıb.

Vətəndaş Hüseynbəyli kənd tam orta məktəbin balansında olan köhnə idman zalının kənddə güləş zalı kimi istifadə olunmasına icazə verilməsini xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri zalın məktəbə məxsus olduğu üçün istifadəsinin mümkün olmadığını bildirib. Kənddə olan digər bir tikilidə fəaliyyət göstərmələrini və yaxud da hazırda fəaliyyət göstərdikləri zalın sahibi ilə yenidən icarəyə müqaviləsi bağlamasını tövsiyə edib.

Vətəndaş K.Nəbiyev onun istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdığı məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş