Qazaxda 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
Müasir dünyada hər bir ölkənin
gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir
ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu
ölkələr sırasındadır. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha
etibarlı və inamlı görmək əzmindədir. Son 15 ildə ölkəmizdə təhsilin normativ
hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı Sərəncamlar ölkədə
təhsil sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Heydər Əliyev
Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sayəsində respublikamızın
bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunması, təmirə ehtiyacı
olan məktəblərin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə
verilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi bir daha
sübut edir ki, Azərbaycanda təhsil sahəsi dövlətin prioritet istiqamətlərindən
birini təşkil edir. Təhsil sahəsi haqqında söylənilən
bu fikirlər 2019-2020-ci tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş bugünkü
iclasda səslənib. Qazax Rayon İcra
Hakimiyyətində keçirilən iclasda icra aparatının məsul şəxsləri və rayon Təhsil
şöbəsinin əməkdaşları iştirak edib. QazaxRayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət
və qayğıdan danışıb, təhsil sahəsinin Azərbaycan üçün ən
prioritet məsələlərdən biri olduğunu qeyd edib. İcra başçısı son illər ölkə başçısı İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan
yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə
qazanılan uğur və nailiyyətlərdən də söz açıb. Qazax təhsilinin ildən-ilə
inkişaf etdiyini bildirərək istər dərsin kəmiyyət göstəricisinin, istərsə də
keyfiyyətinin yüksəldiyini vurğulayıb. Rayon rəhbəri bu uğurun qazanılmasında
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Təhsil şöbəsinin nəzdində yaradılan
İşçi qrupunun böyük rolunun olduğunu diqqətə çatdırıb. 2018-2019-cu tədris
ilində olduğu kimi, yeni dərs ilində də İşçi qrupunun öz fəaliyyətini davam
etdirəcəyini qeyd edib və bu sahədə görüləcək işlərlə bağlı tövsiyələrini
bildirib. İcra başçısı 5 illik Dövlət
Proqramında əksini tapan məktəb tikintisindən də söz açıb. Qazax rayonu üzrə 11
məktəb binasının əsaslı təmirinin öz əksini tapdığını vurğulayıb. Həmin
proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin
istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmir olunduğunu qeyd edib. Bundan başqa, həmin Dövlət Proqramında
əksini tapan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta
məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın
günlərdə tikintisinə başlanılacağını bildirib. Rayon rəhbəri təhsilin
səviyyəsinin yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm
rol oynadığını vurğulayıb. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi
Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək
şəraiti bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı
rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri
Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli tam
orta məktəblərdə görülən işlərdən də danışıb. Qeyd edib ki, bu gün təhsilə olan
qayğının nəticəsidir ki, məzunlarımız yüksək nəticə göstərirlər. Bu il ali və
orta ixtisas məktəblərinə 335 nəfər məzunun qəbul olması, 15 nəfərin 600
baldan, 33 nəfərin 500 baldan yüksək nəticə göstərməsi
təhsil sahəsinə göstərilən qayğının şagirdlər tərəfindən qiymətləndirilməsi
deməkdir. İcra
başçısı bildirib ki, bugünkü iclasın əsas məqsədi ötən tədris ilində görülən
işlərə bir daha nəzər salmaq və 2019-2020-ci tədris ilində qarşıda duran
vəzifələri müzakirə etməkdir. Geniş
müzakirələrlə keçən iclasda şagirdlərin dərsə davamiyyəti, müəllimlərin dərsə
hazırlıq səviyyəsi, məktəblərdə dərs saatının bölgüsü və s. məsələlər haqqında ətraflı
söhbət açılıb. Həmçinin 15 sentyabr - "Bilik Günü" ilə əlaqədar
keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün görülən hazırlıq
işlərindən də danışılıb. Rayon rəhbəri "Bilik Günü" tədbirlərinin yüksək səviyyədə
qeyd edilməsi, tədbirlər zamanı təhlükəsizliyin
təmin olunması və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib. Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı
çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə
görə təhsil sahəsində çalışan bütün müəllimlər adından rayon rəhbərliyinə öz
dərin minnətdarlığını bildirib. 2019-2020-ci tədris ilində görülməsi nəzərdə
tutulan işlərdən, həlli vacib olan məsələlərdən danışan N.Babanlı ötən tədris
ilində olduğu kimi, yeni dərs ilinin də uğurlu nəticələrlə yadda qalması üçün
bütün təhsil işçilərinin böyük səylə çalışacaqlarını bildirib. Hər il olduğu
kimi, bu il də "Bilik Günü” tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını
qeyd edib. GOYEZEN.AZ
Facebook-da paylaş