• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri ilə tanış olub


Ş.Xiyabanı 25 saylı bina

Heç kəsə sirr deyil ki, Qazaxda bütün sahələrlə yanaşı, son 3 ildə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. Rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işlərinin aparılması bu sahənin daim diqqət mərkəzində olmasının əyani sübutudur. Sevindirici haldır ki, qalan binaların əksəriyyətində də təmir işlərinə böyük sürətlə start verilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan daha iki binada Ş.Xiyabanı 25 və 27 saylı binalarda olub görülən işlərin mövcud vəziyyətini öyrənib.

Rayon rəhbərinə məlumat verilib ki, hazırda hər iki binanın xarici fasadında və bloklarında suvaq işləri görülür. Təmir işləri ilə yaxından tanış olan icra başçısı qeyd olunan bu binalarda da görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini bildirib. İşlərin keyfiyyətlə aparılmasını vurğulayıb və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib.



Ş.Xiyabanı 25 saylı bina



Ş.Xiyabanı 27 saylı bina



GOYEZEN.AZ



Facebook-da paylaş