Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Qazaxda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli
xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla
yanaşılması barədə tapşırıq və tövsiyələri diqqət daim mərkəzində saxlanılır.
Bölgələrdə
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 6-da Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Qazax
Rayon Məhkəməsinin binasında vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
kollegiyasının sədri Şahin Yusifov Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Ulu Öndər Heydər Əliyevin
Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz
xatirəsinə ehtiramlarını bildiriblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat
və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Qəbul zamanı
hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir
qismi yerindəcə öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali
Məhkəmənin Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq
tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə
bağlı olub.
Vətəndaşlar
onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla
yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.
Ali Məhkəmənin Mətbuat
Xidməti
Facebook-da paylaş