• Təqvim

  • Unutma

  • Maraq



Tovuz, Ağstafa və Qazax rayonları üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

 

Bu gün Tovuz, Ağstafa və Qazax rayonları üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Gənclər Mərkəzində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Təhsil Nazirliyinin məsul işçisi Elçin Kərimov, Tovuz, Ağstafa, Qazax rayon təhsil şöbələrinin müdirləri, əməkdaşları, məktəb direktorları, direktor müavinləri, qabaqcıl müəllimlər və praktik psixoloqlar, KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.








 

Sonra konfrans Gənclər Mərkəzində öz işinə başlayıb. Qazax Rayon Təhsil şöbəsinin əməkdaşı Şəfa Yadigarova konfransı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 



Qazax Rayon İcra Hakimiyyətin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək konfransda iştirak edən qonaqları salamlayıb, təhsil sahəsində çalışanlara uğurlar arzulayıb, yeni dərs ilinin başlaması və qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Аzərbаycаn elminin, təhsilinin inkişafı Ulu Öndər Hеydər Əliyеvin аdı ilə bаğlıdır. Ölkəyə rəhbərliyinin bütün dövrlərində Ümummilli Lider bu sаhəyə diqqət və qаyğısını əsirgəməmiş, dаim еlmin, təhsilin himаyədаrı kimi çıхış еtmişdir. Görkəmli dövlət xadimi Hеydər Əliyеv еlmin, təhsilin inkişаfınа milli dövlət quruculuğu prоsеsinin zəruri əsаsı kimi yаnаşmış, хаlqın intеllеktuаl səviyyəsinin аrtırılmаsını ən vаcib vəzifələrdən biri kimi qarşıya qoymuşdur. İcra başçısı qeyd edib ki, Ümummilli Liderin ötən əsrin 70-80-ci illərində uzaqgörənliklə həyata keçirdiyi siyasət bu gün öz nəticələrini göstərir. Bu gün ölkəmizin müasir tələblərə cavab verən milli təhsil sistemi formalaşır.Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının böyük diqqət və qayğısı sayəsində son illər təhsil sahəsində aparılan islahatlar onu söyləməyə əsas verir ki, Azərbaycanda təhsilin keyfiyyəti ildən-ilə artır.


Rayon rəhbəri çıxışında son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da danılmaz xidmətləri olduğunu bildirib. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsindəbütün bölgələrimizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib.

Son 3 ildə Qazaxda təhsil sahəsində qazanılan uğurlardan, məktəb tikintisi və təmirindən söz açan icra başçısı buna misal olaraq bu ilin fevralında əsaslı yenidənqurmadan sonra istifadəyə verilən S.Vurğun adına 2 nömrəli tam orta məktəbi, əsaslı təmir işləri aparılan V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbi, eləcə də bu il cari təmir olunan S.Əfəndiyev adına şəhər 1 nömrəli və İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbləri göstərib.

Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə vurğulayan icra başçısı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikanın hər yerində olduğu kimi rayonumuzda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə bağlı görülən işlərin geniş vüsət aldığını qeyd edib. İcra başçısı 5 illik Dövlət Proqramında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulduğunu bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.  


Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinin inkişafı istiqmətində görülən bütün işlərə xüsusi həssaslıqla yanaşdığını və bu sahədə uğurlu nəticələrin əldə olunduğunu vurğulayıb. Təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində atılan ilk addımlardan birinin məhz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Təhsil şöbəsinin nəzdində İşçi qrupunun yaradılmasının olduğunu diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, həmin İşçi qrupunu yaratmaqda əsas məqsəd məktəblərə nəzarət etmək deyil, əksinə dərsin keyfiyyətini, müəllim və şagirdlərin hazırlıq səviyyəsini, şagirdlərin dərsə davamiyyətini öyrənmək idi. Ən əsası da rayonda təhsilin keyfiyyətini artımaq idi. Bir sözlə, bütün görülən işlərin kökündə bir məqsəd dayanır ki, o da təhsilə olan qayğıdır. Bu gün əminliklə söyləyə bilərik ki, biz bu istəyimizə nail ola bildik. İldən-ilə artan qəbulun nəticələri bunu söyləməyə əsas verir.

Ölkə başçısının Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı 3 noyabr 2018-ci il tarixli, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamlarını qazaxlılara verilən ən yüksək dəyər kimi qiymətləndirən rayon rəhbəri hər iki Sərəncama görə ölkə başçısı İlham Əliyevə bir daha bütün ziyalılar adından minnətdarlığını bildirib. Ölkə başçısı İlham Əliyevin, Təhsil Naziri Ceyhun Bayramovun ziyalılara hər zaman böyük qiymət verdiklərini bildirən icra başçısı təhsil sahəsində çalışan insanlara, müəllimlərə fəxri adların, medalların verilməsini bunun əyani sübutu kimi qeyd edib.


Təhsil Nazirliyinin məsul işçisi Elçin Kərimov çıxış edərək konfrans iştirakçılarını, bütün təhsil işçilərini Təhsil Naziri Ceyhun Bayramovun adından yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Son illər ölkə başçısı tərəfindən imzalanan çoxsaylı Sərəncamların, Təhsil Naziri tərəfindən imzalanan Əmrlərin bilavasitə təhsil sahəsinin inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Təhsil sahəsində çalışan insanların, ali məktəblərdə təhsil alan tələbələrin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları minnətdarlıq hissi ilə qeyd edən E.Kərimov müəllimlərin əməkhaqlarının, tələbələrə verilən təqaüdlərin artırılmasını buna misal olaraq göstərib. Bugünkü konfransın məqsəd və əhəmiyyətindən söz açan nazirliyin əməkdaşı qeyd edib ki, əsas məqsəd 2018-2019-cu tədris ilində görülmüş işləri müzakirə etmək və yeni tədris ilində qarşıda duran vəzifələrdən danışmaqdır. Yeni dərs ilində hansı aktual məsələlərin mövcud olduğunu öyrənmək və həlli yollarını müzakirə etməkdir.

Sonra konfransda Tovuz, Ağstafa və QazaxRayon Təhsil şöbələrinin müdirlərinin geniş hesabat məruzələri dinlənilib. Hər üç rayonun təhsil sahəsində əldə etdiyi uğurlar slayt vasitəsilə nümayiş olunub. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan şöbə müdirləri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs ediblər. Ötən ilin təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını qeyd ediblər.

 

Tovuz Rayon Təhsil şöbəsinin müdiri əvəzi Məhəbbət Hüseynova çıxış edərək 2018-2019-cu tədris ilində Tovuz rayonunda 84 ümumtəhsil, o cümlədən də 64 tam orta, 17 ümumi orta və 3 ibtidai məktəbin fəaliyyət göstərdiyini qeyd edib. Ümumilikdə 1390 komplektləşdirilmiş sinifdə 23068 nəfər şagirdin təlim və tərbiyəsi ilə 3455 nəfər pedaqoji işçinin məşğul olduğunu bildirib. Bu il ali məktəbə qəbul üçün XI sinfi bitirmiş 1504 nəfər məzundan 1037 nəfərin ali məktəblərə qəbul üçün sənəd verdiyini, onlardan 567 nəfərin mülkü, 27 nəfərin ali hərbi məktəblərə qəbul olduğunu söyləyib. Ümumilikdə ali məktəbə qəbul üçün sənəd verənlərin 57,3 faizinin ali məktəblərə daxil olduğunu qeyd edib. 214 nəfər məzunun orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazandığını vurğulayıb. 2019-cu ilin məzunlarından 17 nəfərin 600-dən, 91 nəfərin isə 500-dən yuxarı bal topladığını bildirib. Ən yüksək nəticəni Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbin məzunu Həsənov Eşqin Eyvaz oğlunun 675 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olaraq göstərdiyini diqqətə çatdırıb.


Ağstafa Rayon Təhsil şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək 2018-2019-cu tədris ilində Təhsil şöbəsinin nəzdndə 33 tam orta, 2 ümumi orta və 3 ibtidai məktəbin, 1 texniki və humanitar təmayüllü liseyin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi kimi 2 məktəbdənkənar tərbiyə müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib. Ümumilikdə ibtidai təhsil pilləsində 262 komplektləşdirilmiş sinifdə 4746 nəfər şagirdin, orta təhsil pilləsində 293 sinif komplektində 4980 nəfər şagirdin, tam orta təhsil pilləsində 88 sinif komplektində 1337 nəfər şagirdin, cəmi rayon üzrə 643 sinif komplektində 11063 nəfər şagirdin təlim və tərbiyəsi ilə 1468 nəfər müəllimin məşğul olduğunu bildirib. Qeyd edib ki, 2018-2019-cu tədris ilində XI siniflər üzrə 642 nəfər məzun buraxılış imtahanında iştirak edib, ana dili fənni üzrə 386 nəfər, riyaziyyat fənni üzrə 301 nəfər, xarici dil fənni üzrə 294 nəfər məzunun topladığı bal 31-100 intervalında olub. 2019-cu ilin məzunlarından 428 nəfər ali məktəblərə qəbul üçün sənəd vermişdir ki, bu da 66,6 faiz deməkdir. Ali məktəblərə sənəd verənlərdən 274 nəfəri, ümumi sənəd verənlərin 64,1 faizi, məzunların isə 42,6 faizi tələbə adını qazanıb. 2019-cu ilin məzunlarından 12 nəfəri 600-dən, 52 nəfəri isə 500-dən yüksək bal toplayıb.

 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək qeyd edib ki, Təhsil şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Ümumtəhsil məktəblərində 12882, o cümlədən 1048 nəfər məktəbəhazırlıq qrupunda təhsilə cəlb edilib. Şagirdlərin təlim və tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olub. Rayonun ümumtəhsil məktəblərində  621 nəfər texniki işçi fəaliyyət göstərib. 2018-2019-cu tədris ilində IX sinfi bitirən 982 şagird buraxılış imtahanlarında iştirak etmiş, 970 nəfər attestat alıb. Onlardan 22 nəfərə fərqlənmə attestatı verilib. XI sinfi bitirən 701 şagird buraxılış imtahanlarında iştirak edib və attestat alıb. Onlardan 11 nəfərə fərqlənmə attestatı verilib. 2018-2019-cu tədris ilində Qazax rayonunun ümumtəhsil məktəblərini bitirən 701 məzundan 488 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verdiyini bildirib. Həmin məzunlardan 305 nəfərin dövlət ali məktəblərinə, 14 nəfərin isə xüsusi təyinatlı ali məktəblərə qəbul olduğunu qeyd edib. Cari ilin məzunlarından 319 nəfər, əvvəlki illərin məzunlarından 16 nəfər olmaqla cəmi 335 nəfərin tələbə adını qazandığını vurğulayıb. Məzunlardan 113 nəfərin orta ixtisas təhsil müəssisələrinə daxil olduğunu diqqətə çatdırıb. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 15 nəfərin 600 baldan, 33 nəfərin isə 500 baldan yüksək nəticə göstərdiyini bildirib. Həmçinin ali məktəbə qəbul olan abituriyentlərdən 110 nəfərin Bakı Dövlət Universitetinin tələbəsi adını aldığını qeyd edib.

Konfransda yüksək nəticə göstrən məzunlardan 638 bal toplamış Aişən Əhmədovanın valideyni Şəfa Kazımova, 644 bal tolamış Kamil Bayramovun valideyni Arzu Bayramova çıxış edərək sevinclərini bölüşüblər. Övladlarının yüksək nəticə göstərməsində əməyi olan insanlara təşəkkürlərini çatdırıblar. Təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Təhsil Nazirliyinin məsul işçisi Elçin Kərimov yekunda çıxış edərək ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində bir daha uğurlar arzulayıb. O, psixoloji işin təşkili, təhsil şöbələri arasında əməkdaşlığın qurulması, qabaqcıl müəllimlərin pedaqoji təcrübəsindən istifadə edilməsi, vətənpərvərlik tərbiyəsinin təbliği və s. mövzularla bağlı fikirlərini bölüşüb və bununla əlaqədar tövsiyələrini verib.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, yeni dərs ilinin başlanması münasibətilə müəllimləri bir daha səmimi qəlbdən təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.

Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.








GOYEZEN.AZ



Facebook-da paylaş