• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib

Qorxmaz Lahıcov və başqalarından

 

Çox hörmətli cənab Prezident.

Sizin Sərəncamınız əsasında icra edilən və mühüm sosial layihələrdən biri olan özünüməşğulluq proqramında biz də iştirak etdik. Hər birimizin ideyasına uyğun olaraq təsərrüfat şəraitimizə baxış keçirildi və təlim kursuna cəlb olunduq. Təlim kursunu bitirdikdən sonra qiymətləndirmədən uğurla keçərək biznes planımıza uyğun aktivlərlə təmin edildik. Verilən aktivlərin kəmiyyət və keyfiyyətindən çox razıyıq.

Cənab Prezident, bu məktubu yazmaqla Sizə minnətdarlığımızı bildirmək istəyirik. Siz hər bir ucqar kənddə yaşayan Azərbaycan vətəndaşının qayğısına qaldığınızı bir daha sübut edərək, biz aztəminatlı ailələri sevindirdiniz, bizə öz ailə təsərrüfatımızı qurmaq üçün şərait yaratdınız. İnanırıq ki, özünüməşğulluq proqramı nəticəsində Azərbaycanda işsizlik qısa müddətdə tamamilə ləğv olunacaq, bir ideyası olan hər hansı işaxtaran öz ailə təsərrüfatlarını yaradaraq daha çox gəlir əldə edəcək.

Cənab Prezident, biz hər birimiz öz ailəmiz adından Sizə təşəkkür edir və Azərbaycanımızın daha da inkişafı üçün həyata keçirdiyiniz işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi və doğmalarınızı qorusun.

Hörmətlə,

Lahıcov Qorxmaz Zahid oğlu

İbrahimov Firuddin Nizami oğlu

Vəliyevə Gülnar Vəlixan qızı

Məmmədova Pərvanə Rafiq qızı və başqaları (cəmi 8 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş