İcra başçısı Səyyar “ASAN qatar”ın fəaliyyəti ilə tanış olub
Məlumat verdiyimiz kimi, sentyabr ayının 2-dən etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol
Stansiyası) ünvanında rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərməyə
başlayıb. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səyyar "ASAN qatar”ın yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. "ASAN qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə
tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə
soruşub. Səyyar "ASAN
qatar”ın qrup rəhbəri Elgiz Həsənov məlumat
verərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN
xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə
təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN
qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait
yaradılıb. Qrup rəhbəri qeyd
edib ki, 3 vaqondan
ibarət qatarda səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak
Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Sakinlərə 30 gün müddətində
səyyar formada göstərilən xidmətlərə - torpaq üzərində mülkiyyət
hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq
sahəsinin planının və ölçüsünün verilməsi, "Azəriqaz" İB tərəfindən
göstərilən xidmətlər, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət
rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət
qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə)
dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət
hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi,
yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək
pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi,
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat
fəaliyyəti daxildir. E.Həsənov rayon rəhbərinə bildirib ki, Səyyar "ASAN qatar”ın 2 gün öncə fəaliyyətə başlamasına
baxmayaraq artıq bu günə kimi, müraciət etmiş 377 nəfərdən 349 nəfərə xidmət göstərilib.
Qrup rəhbəri əsasən vətəndaşların ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat
fəaliyyəti ilə bağlı müraciət etdiklərini qeyd edib. Müraciət edən
vətəndaşlardan şəhərdə yaşayan sakinlərlə yanaşı, rayonun kəndlərində yaşayan
sakinlərin də üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Məlumat üçün qeyd edək ki, oktyabr
ayının 1-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan
18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Səyyar
"ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət
xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla
əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır. Respublika
Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin
etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri
də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə
ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Vətəndaşlara
göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN
xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab
etdiklərini vurğulayıblar. GOYEZEN.AZ
Facebook-da paylaş