Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib.
Məzəm kənd sakini Cəfərova
Samirə Daşdəmir qızı müraciətində yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik
olunmasını bildirib. Vətəndaşın müraciətini dinləyən rayon rəhbəri yerində
baxış keçiriləcəyini qeyd edib və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib.
Bakı şəhər sakini Əhməd İslam
Həfdik oğlu müraciətində rayonun Dəmirçilər kəndində olan ata yurduna su xəttinin
çəkilməsinə köməklik olunmasını bildirib. Vətəndaşa istəyi ilə bağlı aidiyyəti
şəxslər tərəfindən yerində baxış keçiriləcəyi və mümkün olarsa köməklik
olunacağı qeyd olunub.
Şəhər
sakini Kərimov Nazim Kərim oğlunun Azərbaycan Tibb Universitetini bitirən
övladının işlə təmin olunması ilə bağlı müraciətinə
isə sənədlərini aidiyyəti üzrə təqdim etməsi tövsiyə edilib.
Quşçu Ayrım kənd sakini Quluyeva
Adilə Salman qızının, Kosalar kənd sakini Mehdiyeva Zahidə Kamandar qızının,
Ağköynək kənd sakini İsgəndərov Elçin Elşan oğlunun, Fərəhli kənd sakini
Musayeva Rəfiqə Mustafa qızının, şəhər sakinləri Paşayeva Dilşad Məhəmməd
qızının, Adamov Akif Hətəm oğlunun, Həsənov Əsgər Siyaş oğlunun, Kəmərli kənd
sakini Rəhimov Rəhim Məcid oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq
olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş