• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.

Şəhər sakinləri Vəliyev İsə Şəmistan oğlunun, Kərimova Aytəkin Vaqif qızının, Vəliyeva Ayşən Fəxrəddin qızının, Bayramova Elmira İbrahim qızının, Orta Salahlı kənd sakini Vəliyeva Şərəf Tahir qızının, Çaylı kənd sakini Qaraxanova Zemfira Maryaq qızının  işlə bağlı müraciətinə cavab olaraq istəklərinə uyğun iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.

Yuxarı Əskipara kənd sakini Vəliyev Şahin Bilal oğlunun övladının işlə təmin olunması ilə bağlı müraciətinə isə oğlunun ixtisasına uyğun olaraq Dövlət Qulluğuna imtahanda iştirak etməsi tövsiyə edilib.

Şəhər sakinləri Qocayev Rəşad Rəhim oğlunun, Dərvişov Xəlil İmamverdi oğlunun, Osmanov Ceyhun Vidadi oğlunun, Quşçu Ayrım kənd sakini Yusifova Rüxsarə Taryel qızının, Xanlıqlar kənd sakini Rüstəmov Vəkil Xançoban oğlunun, Yuxarı Əskipara kənd sakini Musayev Coşqun Şahmalı oğlunun, Cəfərli kənd sakini Nəbiyev Mehman Kamil oğlunun, Yuxarı Salahlı kənd sakini Əlləzov Ələddin Əlləz oğlunun, Ağköynək kənd sakini Musayev Zakir İsə oğlunun, Kosalar kənd sakini Əmirov Sərdar Səhlədar oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.









 

GOYEZEN.AZ



Facebook-da paylaş