İcra başçısı İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbdə görülən işlərlə maraqlanıb
Son illər ölkə başçısının rəhbərliyi altında
Azərbaycanda dövlət siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edən
təhsil sahəsində qazanılan uğur və nailiyyətlər hər kəsə yaxşı məlumdur. Bunu müasir
tələblərə cavab verən yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari
təmir olunmasından, qəbul olunan Dövlət Proqramlarında bu sahəyə xüsusi önəm
verilməsindən və 5 illik proqramın icrasında məktəb tikintisinə geniş yer
ayrılmasından da aydın şəkildə görmək olur. Dövlətimizin və ölkə başçısının təhsil sahəsinə
göstərdiyi diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da hiss olunmaqdadır. Son dövrlər rayonda yeni məktəblərin tikilməsi,
məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması bunu söyləməyə
əsas verir. Məktəb tikintisi ilə yanaşı, rayonda fəaliyyət göstərən
məktəblərin cari təmir olunması, məktəblərdə səliqə-sahman işlərinin aparılması
da daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Ötən yazımızda İsmət Qayıbov adına şəhər 3 nömrəli tam
orta məktəbdə cari təmir işlərinin aparılması barədə məlumat vermişdik. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov növbəti dəfə həmin məktəbdə olub görülən işlərlə maraqlanıb. İş icraçısı Lətif Həsənov görülən cari təmir işləri
barədə məlumat verərək hər 3 mərtəbədə rənglənmə işlərinin yekunlaşmaq üzrə
olduğunu bildirib. Görülən işlərlə tanış olan rayon rəhbəri məktəb binası
ilə yanaşı, həyətdə də səliqə-sahman yaradılmasını qeyd edib. Görülməsi nəzərdə
tutulan digər işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib. Məktəbin direktor əvəzi Nailə Əfəndiyeva məktəbin
təmirinə görə rəhbərlik etdiyi kollektiv adından bir daha minnətdarlığını
bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş