• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib

Cavanşir Rüstəmov və başqalarından, 

Möhtərəm cənab Prezident.

Uzun illər idi ki, Qazax-Kosalar avtomobil yolunun bərbad vəziyyətdə olmasından əziyyət çəkirdik. Rayona gediş-gəliş zamanı xeyli çətinliklə üzləşirdik. Sizin sayənizdə yolumuz qısa müddətdə və yüksək keyfiyyətlə yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verildi.

Həmçinin kəndimizdə yeni bağça binasının tikilməsi və hər bir avadanlıqla təchiz edilməsi gələcəyimiz olan uşaqları və onların valideynlərini çox sevindirdi. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbinin binası əsaslı təmir olunur. İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar imzaladığınız Sərəncam hər birimiz üçün çox əzizdir və yazıçının yubileyi yüksək səviyyədə qeyd edilir. Bütün bunlara görə Sizə təşəkkür edirik.

Məhz Sizin sayənizdə Kosalar kəndi bu gün içməli su və suvarma suyu, qaz və işıq ilə tam təmin olunub. Siz çıxışlarınızda qeyd edirsiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz və xalqın yanındasınız. Biz bunu hər addımda hiss edirik.

Cənab Prezident, kənd sakinləri adından bir daha Sizə sevgi və ehtiramımızı bildiririk. Hər an Sizin arxanızda bir yumruq kimi birləşib doğma Azərbaycanımız naminə əlimizdən gələni etməyə hazırıq.

Hörmətlə,

Rüstəmov Cavanşir Hüseyn oğlu

Nəsibov Taryel Əjdər oğlu

Abduləzimov Qurban Məhəmməd oğlu

İsmayılov Şakir İbrahim oğlu

Səmədov Maksim Tahir oğlu və başqaları (Cəmi: 50 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu, Kosalar kəndi. 



Facebook-da paylaş