Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə
əsasən fərdi şəkildə qəbul edib.
Aşağı Əskipara kənd sakini Adıgözəlova Aysel Rəfayıl
qızının işlə bağlı müraciətinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax
filialında işləməsi təklif olunub və təmin olunması üçün aidiyyəti üzrə
tapşırıq verilib.
Şəhər sakini Nəsibov Elman Nəsib oğlunun övladının
işlə təmin olunması ilə bağlı müraciətinə isə oğlunun ixtisasına uyğun olaraq
Dövlət Qulluğuna imtahanda iştirak etməsi tövsiyə edilib.
Çaylı kənd sakini Axundova Nazəndə İslam qızının,
Ağköynək kənd sakini Hüseynov Pərvin Pənah oğlunun, Bakı şəhər sakini
Mustafayev Hacıvəli Abbas oğlunun müxtəlif
səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
Xanlıqlar kənd sakini Alməmmədova Əminə İbrahim qızı
isə yalnız təşəkkür etmək üçün gəldiyini bildirib. O, dövlət başçısının
rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda görülən işlərə görə
minnətdarlığını çatdırıb. Vətəndaşlara göstərilən diqqət və qayğıya görə
razılığını ifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş